Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyulun 8-nə olan hava proqnozu
hava

İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-32, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

İyulun 8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »