Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixoloq: "Qadınlar kişilərə nisbətən daha depressiv olub"
Qadın, zorlama, depressiya

Depresiya, son zamanlar çox yayılmış bir xəsətlikdir. Mütəxəssislərə görə, qadınlar kişilərə nisbətən bu dərdə daha çox düşür. Yəni qadınlar kişilərdən iki qat çox depressiv olub. Belə ki, dünyada hər 4 qadından biri depresiyadadır.

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, depresiya ciddi və inkişaf etdikcə ağırlaşan bir ruhi pozuntu halına gəlir:

"Narahatlıq, ümidsizlik, çarəsizlik və dəyərsizlik hisslərinə səbəb olur. İştahın kəsilməsi, yuxusuzluq, özünə inamın əskikliyi və yorğunluq kimi əlamətləri ilə depresiya zəif və ağır formalarında müşahidə edilə bilər.

Bütün gün narahatlıq içində olmaq, gündəlik fəaliyyətlərə olan marağın azalması, arıqlama və kökəlmə, yuxusuzluq və ya çox yatmaq, günahkarlıq hissi, ağıldan çıxmayan ölüm və ya intihar düşüncəsi depresiya əlamətidir."

Psixoloqun fikrincə, qadınlar depresiyada olduqları zaman daha çox əsəbi olurlar. Seks daxil olmaqla, hər şeyə olan marağın itməsi ağır bir depresiya əlamətidir. Bununla yanaşı qadınlarda baş ağrıları, həzm pozuntusu, xroniki ağrılar və s. müşahidə edilə bilər.

“Maniya yüksək enrjili ruh halıdır. Maniya zamanı anormal formada yüksək enerjili ruh halı, əsəbilik, yuxu ehtiyacının azalması, böyük fikirlər, çox danışmaq, bir-biri ilə yarışan düşüncələr, cinsi istəyin artması, enerjinin artması, cəmiyyət arasında uyğunsuz davranma, risk alma və s. müşahidə edilir”.

Psixoloq hesab edir ki, qadınlarda depresiya hormon dəyişikliyi ilə əlaqədardır. Bu dəyişiklik yeniyetməlik (büluğ çağı), hamiləlik, klimaks dövründə və doğuşdan sonra daha çox müşahidə edilir. Eyni zamanda hər ay mensturasiya ilə birlikdə müşahidə edilən hormon dalğalanmaları da depresiyaya səbəbdir.

Övladlarını tək böyüdən analar və iş ilə övladı arasında qalan qadınlar daha çox depressiv olurlar.

"İşin itirilməsi, ayrılıq, boşanma, sosial dəstəyin itirilməsi, uşaq ikən cinsi təcavüzə uğrama, bəzi sonsuzluq müalicələri, hamiləliyin tənzimlənməsi üçün qəbul edilən bəzi dərmanlar depresiyaya səbəb olur."

R. Hacıyev deyir ki, qadınlarda deprsiya 15-30 yaşlarında daha çox müşahidə edilir.

“Depresiyanın əlamətləri ciddi şəkildə yaşayan qadınlar dərman müalicəsi, qrup terapiyası və ya şəxsi psixoterapiya ilə sağala bilərlər. Depresiyadan qurtulmaq üçün sağlam qidalanma, mütəmadi idman məşqləri etmə, yoqa və ya meditasiya ilə məşğul olaraq, dərindən nəfəs alaraq özünü sakitləşdirmək vacibdir. Gecə tərləmələrinin qarşısını almaq üçün yataq otağını sərin saxlamaq vacibdir.” - deyən R. Hacıyev qeyd edib ki, depresiya ağırlaşdığı təqdirdə daha acı nəticələri ola bilər.

Bu səbəbdən də yaxınlarınızda depresiya əlamətləri hiss etdiyiniz zaman onlara dəstək olmağınız vacibdir.

İlahin

Bizimyol.info

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »