Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tunelin sonunda işıq görünmür" - Nəhəng limanın bağlanması dünyada qiymətləri sürətlə artırır
Yantyan limanı, Çin

Çinin Yantyan Beynəlxalq Konteyner Terminalı dünyanın dördüncü ən böyük limanıdır.

Bizimyol.info xəbər verir ki, may ayının sonunda yerli rəhbərlik liman işçiləri arasında çoxlu sayda yoluxma halı olduğu üçün karantin elan edib. Alman mediası sözün əsl mənasında dövlətin iflic olmasından yazır. Liman yalnız həftə sonu bərpa edilib.

"Nəticələr Süveyş Kanalının bu yaxınlarda bağlanmasına nisbətən daha ciddi olacaq",- deyə Dun & Bradstreet konsaltinq şirkətindən bildirilib.

Uzun müddətdir Çində yaşayan və oranı çox yaxşı tanıyan  Smirkovski  deyir ki, limanın bağlanması Çindən Avropaya, Şimali Amerikaya, Hindistana və Yaxın Şərqə əsas marşrutlar üzrə gəmi dövriyyəsini və konteyner axınlarını tamamilə pozub: “Bu, dolayısı ilə dəniz xidmətlərinə və digər yollara, məsələn, Avropa ilə Şimali Amerika arasında əlaqəyə təsir göstərəcək. Daşınma qiymətinin yeni rekord səviyyəyə yüksəlməsinin qarşısını almaq da mümkün olmayacaq. Sonradan bu, son qiymətlərə təsir edəcək”.

Bu ilin martında "Ever Given" konteyner gəmisinin sıxışdığı Süveyş Kanalının bağlanması hələ də sürətlə artan xammal qiymətlərinə təsir edir. Bu hadisə konteyner daşınması ilə yanaşı, bazarda hələ də çatışmayan malların qiymətlərini qaldırıb.

Ümumiyyətlə qlobal böhranın başlamasından sonra qiymətlər qalxmaqda davam edir. Bir konteynerin dəyəri yüz faiz artıb. Adını vermək istəməyən çex iş adamının dediklərinə görə, Çində rüşvət yerindəcə verilir. İş adamının dediyinə görə, əsasən amerikalılar çox pul ödəyirlər.

Almaniya mediası limanın bağlanmasının Amazon, Walmart və Tesla kimi Amerika şirkətlərinə ciddi şəkildə təsir edəcəyini yazır. Dun & Bradstreet agentliyinə görə, İngiltərə, Hollandiya, Almaniya və İspaniyaya edilən idxal çox böyük zərər görəcək.

Çində yaşayan Smirkovski deyir ki, bu tunelin sonunda işıq görünmür: “Problem ondadır ki, gələn həftə eyni səbəblərdən Şanxay limanı bağlana bilər. Çin gəmiçilikdə mütləq hegemondur".

Bütün bunları nəzərə alaraq, dünyada qiymət artımının davam edəcəyini deyə bilərik.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
Son xəbərlər
Bütün xəbərlər »