Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdamdakı insidentə görə Bakı və Ankara Rusiyadan izahat istəməlidir
Ağdam Tərnöyüt kəndi

“Müdafiə Nazirliyinin dünən yaydığı açıqlama kövrək sülhün, hər an üzülə biləcək sabitliyin risk altında olduğunu bir daha göstərdi. Ağdam rayonunun, daha dəqiq desək Əliağalı kəndi istiqamətində olan bölmələrimizin atəşə tutulması çoxsaylı cavabsız suallar yaratdı. Erməni terrorçularını azad etmək üçün dəridən-qabıqdan çıxan Rusiya sülhmərmalıları, onların komandanı Rüstəm Muradov bu cəhdlərini qanunsuz erməni silahlı birləşmələri ilə mübarizəyə sərf etsə daha yaxşı nəticələr alınardı. Təəssüf ki, biz bunun əksini görürük”.

Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Ekspertin fikrinə görə, adıçəkilən kənd istiqamətində qanunsuz erməni silahlılarının hücum etməsi, qalib ordunun baş giziri Dadaşov Sakit Əhliman oğlunu yaralaması sıradan bir hadisə deyil. “Bu qanunsuz silahlı birləşmələr böyük ehtimalla Xankəndi və ətraf ərazilərdəki separatçı ermənilərin olduğu istiqamətlərdə gizlənir. O zaman belə anlaşılır ki, Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri tam olarat tərkisilah edilməyib. Prosesin başa çatdırılmaması terrorçu erməniləri həvəsləndirib və belə bir terror-təxribat əməlinə əl atıblar. Azərbaycan ərazisində müəvəqqəti yerləşdirilmiş Rusiya sülhmərmalılarının buna göz yumması hadisənin onlar tərəfindən dəstəklənməsi anlamına gəlir. Seçkidən sonra Qarabağdakı separatçıların mitinq keçirməsi, terrorçu Araik Arutunyana qarşı çıxması Rusiyanın hansısa gizlin planları icra etməyə cəhdini göstərirdi. Sonradan xəbər yayıldı ki, Rusiya Araikin yerinə Xocalı qatili Robert Köçəryanı gətirməyə çalışır. Ehtimal edilir ki, bu variant həyata keçərsə daha sonradan Köçəryan Qarabağdan Ermənistana, hakimiyyət olimpinə gətirilməyə çalışılacaq. Bu hadisələrin də həmin planla bağlantısı ola bilər”,- deyə Mübariz Göyüşlü qeyd edib.

Onun fikrinə görə, ərazidə silahlı insident yaradan Rusiya Xankəndindəki və Ermənistandakı ermənilərə, Köçəryanı dəstəkləyənlərə mesaj verməyə çalışır ki, “qorxmayın Rusiya bizimlədir”.

“Bununla da Paşinyanın nüfuzuna zərbə vurmaq, yeni bir seçkilərlə, yaxud başqa bir təxribatlarla onu devirməyə cəhd göstərilir. Bu ehtimallardan biridir. Digər variant isə Qarabağda olan ermənilərin oradan çıxıb getməsinin qarşısını almaq cəhdi də ola bilər. Bildiyimiz kimi son zamanlar Azərbaycanın Xankəndi ilə bağlı siyasətini aktivləşdirməsi, soydaşlarımızın ora qayıtması ilə bağlı fikirlərin yayılması erməni əhalini təşvişə salıb. Hazırda Xankəndi və ətrafda yaşayan ermənilər oradan qaçmağa çalışırlar. Bundan başqa müharibə öncəsi aradan çıxan ermənilərin çoxusu geri qayıtmayıb və qayıtmaq fikri də yoxdur. Bu isə Rusiyanı narahat edən məqamdır. Çünki əgər erməni yoxdursa sülhməramlı da yoxdur. Sülhməramlı yoxdursa Rusiyanın Azərbaycanda yerləşmək üçün bəhanəsi və şansı da qalmır. Amma hansı variant olursa-olsun bu insidentin ilhamvericisi və dəstəkçisi kimi Rusiya, onun bölgədəki sülhməramlıları görünür. Ağdamdakı Monitorinq Mərkəzinə bu barədə məlumat verilib. Bununla yanaşı Azərbaycan rəsmi səviyyədə sülhməramlılardan, onun rəhbərliyindən izahat istəməlidir. Ümid edirik ki, düz çənəsinin altında, Ağdam rayonunda baş vermiş insidentlə bağlı Mərkəzdəki Türkiyə hərbiçiləri də rusiyalı həmkarlarından hesab istəyəcək, öz qətiyyətləri ilə onlara yerini göstərə biləcəklər”, deyə siyasi şərhçi vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »