Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Patı" satan narkotacir saxlanılıb
Heroin

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Rüstəm Muxtarov saxlanılıb.

Şəxsi axtarış aparılan zaman ondan kağız bükümlərdə satış məqsədilə üzərində daşıdığı heroin və qurudulmuş marixuana, eləcə də psixotrop maddə - metamfetamin ("patı") aşkarlanıb.

Davam etdirilən tədbirlərlə R.Muxtarovun yaşadığı ünvana da baxış keçirilib. Oradan ümumi çəkisi 21 kiloqram 150 qram olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana və kağız bükümdə heroin qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »