Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya tabeli mürəkkəb cümlə
Rusiya sülhməramlıları Qarabağda

İki hadisədən danışaq. İyulun 6-da saat Bakı vaxtı ilə 17:50-də Ağdamda yol təmiri işlərinə cəlb olunmuş hərbi qulluqçumuz yaralanıb. Hadisə Əliağalı kəndində baş verib.

Yəqin ki, dərhal ağlınıza mina partlaması gəldi. Xeyr! Bu dəfə mina deyil. Baş gizir Sakit Əhliman oğlu Dadaşov güllə yarası alıb. Dərhal hərbi hospitala yerləşdirilib. Təbii ki, Sakit Dadaşov orada tək deyildi; yolda bütöv hərbi bölmələrimiz təmir-bərpa işləri ilə məşğul idi. Deməli, hərbi bölmələrimiz atəşə tutulub. Bəs atəşi açan kimdir? Əlbəttə, qanunsuz erməni hərbi birləşmələri. Düz tapdınız, Qarabağda - Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindəki erməni hərbi dəstələri. Rusiya onları bizim qara günümüz üçün, bizə qara gün hazırlamaq üçün orada saxlayıb.

Bəli, Azərbaycan Müdafiə Nazirliyi dərhal hadisə barədə Rusiya sülhməramlılarının komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verib. Sanki bu silahı ermənilərin əlinə verib Azərbaycana yönəldən Rusiya "sühməramlıları" deyilmiş. Türkiyə demiş, indi aydın olurmu niyə Rusiya Türkiyəni sülhməramlı qismində bölgəyə qoymadı?! Bu günlər üçün. Sadəcə, monitorinq mərkəzinə "dəvət" etdi ki, rusməramlı erməni quldurların təxribatlarını, sadəcə, izləsin. Görsün ki, həmin o Monitorinq Mərkəzinin yerləşdiyi Ağsamda Sakit həyat necə pozulur, Sakitlik necə pozulur? Görsün və Rusiyanın bu bölgədə maraqlarını və üstün mövqeyini o da qəbul etsin. Azərbaycan da Sakit dayansın.

Simvolikdir; bütölükdə Qarabağda müharibə, əslində Ağdamda başlamışdı; Əli ilə Bəxtiyarın öldürülməsindən başlamışdı. Yenə də at(dır)an kazaklardır. Yenə həmin dalğa, həmin koordinat. Dəyişən bir şey yoxdur. Rusiya bölgədə dəyişməyib siyasətini dəyişməyib; getdiyi, olduğu, çağırıldığı və ya soxulduğu hər yerdə varlığını qorumaq üçün ona... müharibə lazım olur. Bu məqsəd üçün ən Sakit adamlara da güllə atır və ya atdırır.

Sakit demişkən, elə bu məqsədlə Rusiya Qarabağın "dinc" erməni əhalisini geri qaytarır.

Baxın, iki erməninin Laçında etdiyi söhbətə diqqət edin. Youtube platformasında yayılıb. Videoda jurnalist Naire Kirakosyanla sürücü arasında dialoqdan çox şey məlum olur. Daha doğrusu, çox şey təsdiqini tapır. Hər iki erməni Ermənistanın müharibədə məğlubiyyətindən, ölkədəki hakimiyyət davasından, keçmişdə olmuşlardan, bundan sonra olacaqlardan söz açıb yola "körpü salıblar". Rus "sülhməramlı"larının Qarabağ ermənilərinin bölgədən köçməsinin qarşısını alması, rusların gedənləri geri qayıtmağa məcbur etmələri haqda Naire Kirakosyanın sürücüyə dediyi sözlər xüsusi maraq kəsb edir. O deyir: "Rusiya sülhməramlıları bizə deyirlər ki, geri qayıtmalısınız. Çünki əgər çıxıb getsək, Azərbaycan Rusiyadan tələb edəcək ki, burada (Qarabağda – red.) qorumağa heç kim qalmayıb və demək, Rusiya sülhməramlılarının da Qarabağda qalmasına ehtiyac yoxdur. Ona görə də bizi geri qaytarırlar".

Əslində əlavə şərhə ehtiyac yoxdur. Sadəcə, bir tabeli mürəkkəb cümlə deyə bilərik. Rusiya "dinc" erməni əhalisini Qarabağdan çıxmağa qoymur, geri qaytarır, əlinə silah verib bizə güllə atdırır ki, ona bölgədə həmişə "xüsusi ehtiyac" qalsın və bölgə dinc qalmasın.

Gördüyünüz kimi, Qarabağda çox mürəkkəb və Rusiyaya sərt tabeli cümlənin içinə düşmüşük...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »