Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəngəzur geri alınmayınca, mən sülh sazişinə qarşıyam"
Zəngəzurdan görüntü (Gorus)

“Təzminat məsələsi, Zəngəzurun bizə verilməsi həll olunmayana qədər mən sülh sazişinin bağlanmasına qarşıyam və açıq deyək ki, cəmiyyətdə də bunu səsləndirənlər var. Biz Zəngəzurdan danışmalıyıq ki, Qarabağ onların yadına düşməsin”.

Bu fikirləri bizimyol.info-ya keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Ermənistan Azərbaycana iki rayon üzrə mina xəritələrini təqdim etdikdən sonra maliyyə baxımından çox maraqlı məsələlər ortaya çıxır. Bütün bu minaların hamısının maddi dəyəri var. Bu kiminsə köməyil ilə Azərbaycana gətirilib və basdırılıb. Müharibə vaxtı düşmənin 8 ədəd S 300 kompleksi məhv edilib. Bir komleksin 250 milyondan 300 milyona qədər qiyməti var. Təkcə Ağdamdakı minaların qiyməti 350 milyon dollar təşkil edir. Görün vaxtilə bizə qarşı necə güclü hərbi struktur yaradılıb . Bunların aradan qaldırılması Azərbaycanın gələcəyi üçün çox vacibdir. Ermənistanın bunları əldə etmək üçün nə pulu var idi, nə imkanı. Biz bu müharibədə Ermənistanın hərbi texnikasına 1 milyard dollara yaxın zərbə vurmuşuq, dəqiq hesablamalar aparılsa, bəlkə də daha çox”,- deyə o bildirib.

Politoloq qeyd edib ki, hazırda vasitəçilərin keçmiş Sovet hökumətinin xəritələri əsasında sərhədləri bölmək istəyi ilə razılaşmır.

“İndi bizim xeyrimizə işləyən geopolitik əsaslar yaranıb, mən şəxsən sülh sazişinə qarşıyam. Ədalətsiz sərhədlərin təsbit olunmasını istəmirəm. Sovet dövründə Azərbaycanın xeyli torpaqları Ermənistana verilib. Biz indi bu gücdə ola-ola bizə sülh sazişi lazım deyil, biz təzminat məsələsini unutmamalıyıq. Bu təzminat həll olunmasa, biz necə sülh sazişi imzalayacağıq . Sonra bu, narazılıq yaradacaq. İctimaiyyətin böyük bir hissəsi də sülh sazişinə qarşı çıxış edir. Sovet sərhədinə uyğun şəkildə bölünmə narazılıq yaradır. Zəngəzur bizim ata-baba torpağımız olub.

Madam ki, qələbə çalan tərəfik, bizim gücümüz var, nə üçün dəmir yolu üçün Ermənistandan razılıq almalıyıq? İndi bunlar bizim maraqlarımıza və imkanlarımıza uyğun deyil.

Ermənistanda Qərblə Rusiya arasında toqquşşma baş verəcək, bu qaçılmazdır. Ortada toqquşan maraqlar var. Bu iki oyunçudan biri bu məsələdə bizə dəstək ola bilər. İndi məsləhətdir ki, Azərbaycan tərəfindən iki mövqe səslənsin. Biri ictimaiyyətin mövqeyi, bu bizim ehtiyat səngərimiz olsun, digər mövqe də rəsmi mövqe olsun. Ermənistan indi tam şəkildə xaricdən idarə olunan ölkəyə çevrilib. Ölkə şokdadır. Ümumi proses ondan ibarətdir ki, Rusiya bölgədən çəkilir, Qərb güclənir. Biz də strategiyamızı bunun üzərinə yönəltməliyik. Rusiyanın hərbi baza qurması və.s barədə deyilən söhbətlər boş söhbətdir. Rusiya burada milyonlarını itirib, hansısa postların qurulması boş şeydir. Bizim tələblərimizin səviyyəsi yüksək olmalıdır. Biz Zəngəzurdan nə qədər çox danışacağıq, bir o qədər yadlarına Qarabağ az düşər. Gücümüz var, təzyiq edək. Hara qədər getsək, gedəcəyik”,- deyə Zülfüqarov qeyd edib.

O vurğulayıb ki, indi Ermənistanın gələcək taleyində Azərbaycan da rol oynayır.

Vaxtilə Fransa prezidenti Makron Ermənistana gəlmişdi, dünyada bu barədə danışan olmadı. Amma Ərdoğan Şuşaya gəldi, dünya bundan danışdı. İndi geosiyasi trendləri verən cütlük Azərbaycan - Türkiyədir. Ermənistanda nə baş verəcəksə, bunun müyyənləşməsində biz də iştirak edəcəyik”.

İlhamə Rəsulova

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »