Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurbanlıq heyvanı maşın qiymətinə satırlar
Qurbanlıq heyvanı maşın qiymətinə satırlar

Qurban bayramına çox qalmayıb. Türkiyədə bu bayrama xüsusi önəm verirlər. Qardaş ölkədə həmin günlərə az qala bir ay əvvəldən hazırlaşırlar. Vaxt daraldıqca bu yöndə aksiyalar bir-birini əvəz edir.

Bizimyol.info xəbər verir ki, Türkiyədə qurbanlıq heyvanı maşın qiymətinə satırlar. Yozqatda buğaya bənzəyən xüsusi növ ağırçəkili inək baha qiymətə bazara çıxarılıb. Çəkisi 1.5 ton olan qurbanlıq heyvan alıcılara 55 min lirəyə (təxminən 11 min manat) təklif olunur.

Heyvanı bəsləyən Necati Bilgiç ona “Paşa” adını verib. Yozqat sakininin dediyinə görə, inəyi bu çəkiyə gətirib çıxarmaq üçün çox əziyyət çəkib. “Paşa” gündə 12 kiloqram yem yeyir.

“Bu heyvana 2 il yarımdır baxıram. Ümumi ağırlığı 1.5 tondur. Azı 920 kiloqram ət verər. Ətinin çəkisi hər ay 30 kiloqram artır. Onun üçün öz yediklərimizi də qatıb xüsusi yemək hazırlayırıq. Əslində, çox pul tələb etmirik. Müştəriyə hər cür kömək etməyə hazırıq. Kəsəcəyik, paketlərə yığacağıq”.

Bilgiç deyib ki, qiymətin yüksəkliyindən danışmağa dəyməz. Çünki belə heyvanı bəsləmək çox çətindir. Bilgiç qidaya xeyli pul xərclədiyini deyib.

“Bunun otu, samanı var. Çox əziyyət çəkmək lazım gəlir. Buna görə avtomobil qiymətinə satırıq. Təkcə kəsməyə 7 nəfər cəlb olunur. Müştərilərin yolunu biz də “Paşa” ilə birlikdə səbirsizliklə gözləyirik”.

Yozqat sakini heyvanı bəzəməyi də unutmayıb. Qurbanlıq inək qırmızıya boyanıb. Üzərində “Məni alan peşman olmaz”, “Maşallah” yazılan parçalar asılıb.

Türkiyədə Qurban bayramı ərəfəsində həmişə belə fəallıq yaranır. Sanki marketinq mühiti formalaşır. Heyvan bəsləyənlər mal-qarasına xüsusi diqqət çəkməyə çalışır. Sosial şəbəkələrin Türkiyə seqmentində isə həmişə bu cür davranış tənqidlə qarşılanır. Necati Bilgiçi də tənqid edən az olmayıb. Sosial şəbəkə istifadəçiləri heyvanı bəzəməyin yersiz olduğunu düşünür. Tənqid edənlər heyvanlara əziyyət verilməsinin əleyhinədir.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »