Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çempionlar Liqası: Bu gün daha 9 oyun keçiriləcək
Futbol

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, bununla da bu raundda ilk matçlara yekun vurulacaq.

Günün ilk iki qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Neftçi" Gürcüstanda Tbilisi "Dinamo"sunun, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı isə Norveçdə "Bude Qlimt" klubunun qonağı olacaq. Yoxlama oyunlarında vurduğu 6 qolla komandasının ən məhsuldar oyunçusu olan Emrelinin bugünkü görüşə start heyətində başlayacağı gözlənilir.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan)

20:00. “Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa)

21:00. "Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya)

21:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya)

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus)

21:00. "Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan)

21:00. "Teuta" (Albaniya) - "Şerif" (Moldova)

21:00. “Malmö” (İsveç) - "Riqa" (Latviya)

22:00. "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan)

Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 - 14 iyulda olacaq.

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »