Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Koronavirus pandemiyasının çox təhlükəli mərhələsi çatıb"
Tedros Adhanom Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının çox təhlükəli mərhələsinin çatdığını bildirib. Baş direktor hazırda virusla mübarizə üçün köməkçi vasitələrə, ilk növbədə peyvəndlərə sahib olan dövlətlərin məhdudiyyətləri yumşaltdığını deyib.

“Bununla yanaşı, effektli vasitələrə əli çatmayan ölkələr daha çox kütləvi xəstəxanaya yerləşdirilmə və ölüm halları ilə qarşılaşır. Bu, virusun yeni ştammları ilə daha da kəskinləşir”, - deyə ÜST rəhbəri əlavə edib.

Onun fikrincə, belə bir vəziyyətdən yeganə çıxış yolu ölkələr arasında testlərin, peyvəndlərin, dərmanların və qoruyucu vasitələrin ədalətli paylanmasıdır: “Bu, raket istehsalı və ya xeyriyyəçilik deyil. Bu, bütün maraqlara cavab verən məntiqli ictimai səhiyyə xidmətidir”. Təşkilat rəhbəri qeyd edib ki, hər şeyin yaxşıya doğru dəyişiləcəyinə ümid var, COVAX peyvənd paylanılması proqramı buna misaldır. Qebreyesus ölkələri bu istiqamətdə öz səylərini artırmağa çağırıb.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »