Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anar Kərimov Tbilisinin meri ilə görüşüb
Anar Kərimov

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycanın və Gürcüstanın paytaxt şəhərləri və bölgələri arasında əməkdaşlıq əlaqələri, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi, mədəni həyatındakı rolu və digər məsələlər diqqət mərkəzində olub.

Kaxa Kaladze Azərbaycanın mədəniyyət nazirinin rəhbərliyi ilə nümayəndə heyətinin Gürcüstana səfərinin əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Nazir Anar Kərimov ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, paytaxt şəhərlər və bölgələr arasında əməkdaşlığın genişlənməsinin xalqlarımızın rifahının yüksəlməsinə və ümumi sosial inkişafa xidmət edəcəyini bildirib.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti Tbilisinin mərkəzində Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib. Nazir Anar Kərimov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət və idman nazirinin birinci müavini Kaxa Sixarulidze və digər rəsmi şəxslər büstün önünə əklil və gül dəstələri düzüb, Ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.

Nümayəndə heyəti Kür çayının sahilindəki Heydər Əliyev Memorialını ziyarət ediblər. Ümummilli liderin xatirə lövhəsinin qarşısına gül dəstəsi qoyublar.

Elə həmin gün nazir Anar Kərimov və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Qəhrəmanlar Meydanında olublar. Gürcüstanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb, abidə önünə əkili qoyulub.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »