Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhali Belarusdan qaçır: Litva ordunu hərəkətə gətirməyi düşünür
Aleksandr Lukaşenko

Belarus prezidenti Alexandr Lukaşenko miqrantları sərhəddən Avropa Birliyinə göndərir.

Alman mətbuatının yazdığına görə, bununla əlaqədar olaraq Litvada fövqəladə vəziyyət elan olunub. Cümə günündən etibarən Litva sərhəd xidməti hər gün ölkəyə qanunsuz daxil olan yüzdən çox miqrantı saxlayır. Onların əksəriyyəti ölkəyə Belarusla sərhəd xəttindən çox uzaq olmayan Druskininkai bölgəsindən girib.

Bizimyol.info-un xəbərinə görə, bu barədə Almaniya mediasında məlumatlar yer alıb. Alman mətbuatının yazdığına görə, ilin əvvəlindən bu yana Belarusla sərhəd boyunca 1200-dən çox miqrant tutulub. Litva daxili işlər naziri Bilotayte üç milyon əhalisi olan ölkənin bütün bələdiyyə binalarına miqrant qəbul edə biləcəklərini və bunun nə qədər xərc tələb edəcəyi ilə bağlı sorğu göndərdiyini söyləyib. Cavablar çərşənbə gününə qədər verilməlidir.

Nazirin sözlərinə görə, miqrantlar əsasən İraq, İran, Suriya, Afrika ölkələrindən gəlir. Ayrıca olaraq Belarus vətəndaşlarının da axını güclənib. Daha sonra onlar çadır şəhərciyinə göndərilir. Bələdiyyə başçısı olan Remigiyus Simaşius mövzuya münasibət bildirib: “Məktəb binaları yaşayış yeri kimi qəbul edilə bilər, ancaq otel deyil. Əvvəlcə miqrantların humanitar səbəblərdən qəbul edilməsi lazımdır”.

Lakin siyasətçinin fikrincə, bu kifayət deyil: “Onların sayını məhdudlaşdırmaq üçün ya bir çəpər, ya yaşayış baryeri və ya başqa bir şeyə ehtiyacımız var. Bu gün yüzlərlə miqrantımız var, problem kökündən həll olunmazsa, onlar on minlər ola bilər”.

Almaniya mediasının məlumatına görə, Litva hökuməti vəziyyəti nəzarətdə saxlamaq üçün əsgərləri hərəkətə gətirmək istəyir. Bazar ertəsi günü daxili işlər naziri Bilotaite mümkün olduğu təqdirdə sığınacaq prosedurunun on günədək qısaldılacağını açıqlayıb. Litva təmsilçiləri də miqrantların geri dönməsini müzakirə etmək üçün İraq və Türkiyəyə gedəcəklər. Avropa sərhəd agentliyi “Frontex” yardım göstərmək üçün Baltikyanı ölkələrə on işçi və bir neçə vasitə göndərib, əksəriyyəti Litvaya, qalanı Latviyaya. Bu ay daha otuz işçinin göndərilməsi planlaşdırılır.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »