Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dalay Lama dünyaya səsləndi: "İnsanları aclıq dalğası da gözləyir"
Dalay Lama

Tibet buddizminin mənəvi, dini lideri Dalay Lamanın 86 yaşı tamam olur. O pandemiya və böhranların cəngində boğuşan dünya barəsində müxtəlif fikirlər səsləndirib.

Dalay Lama deyib ki, pandemiya qara karmanın nəticəsidir , biz buna öncəki həyatalarımızdakı fəaliyyətimizlə səbəb olmuşuq. Bu xəstəliklər kalpasının ( buddizmə görə dövr) başlanğıcıdır, insanları hələ aclıq kalpası da gözləyir.

Süni intellekt barədə danışan Dalay Lama süni intellektin insan beynini əvəz edə bilməyəcəyini deyib: Bütün texnologiyalar insan şüurunun məhsuludur və insan əlindədir.

Müasir təhsil barədə danışan dini lider insanların mənəvi aləmi və emosiyalarına bu təhsildə yer verilmədiyi üçün böhranlar yaşandığını bildirib.”İnsan öz daxili aləmini tanımır, maddi dəyərlər üstündə həyatını qurur, ona görə çətinliklər zamanı nə edəcəyini bilmir. Eyni zamanda bədənimiz kimi ağıl və beynimizin də gigiyenası üzərində çalışmalıyıq”,- deyə o qeyd edib.

Dünyanı təhdid edən təhlükələr barədə sualı isə Dalay Lama belə cavablandırıb:” Bu gün dünya 7 milyard insana məxsusdur. Dünya xalqlarındır, bir qrup lıiderlərin deyil. Müharibə anlayışı köhnəlib. Bir planetimiz var , çiyin çiyinə dayanmasaq onu məhv edəcəyik. İnsanlar üçüncü dünya müharibəsindən qorxurlar. Yox olmayacaq. III dünya müharibəsi atom bombalarının işə düşməsi demək olar. Bunu edəcək hansı dəli lider var?”.

İlhamə

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »