Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şikayət: "Qardaşıma qarşı bu vəhşiliyi heç vaxt təsəvvür etməzdim" - Polisdən rəsmi cavab
Polis - Cərimə

Redaksiyamıza Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan 1-ci Qarabağ müharibəsi veteranı, 18 il DİO-da çalışmış Hacıyev Alov Ağasan oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda, onun qardaşına qarşı polis mayoru İbrahim Sadıqovun törətdiyi zorakılıqlardan bəhs edilir.

“Mən, Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsi üçün qardaşlarım Asətlə birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişk. Sonra isə daxili işlər orqanlarında xidmətimi davam etdirmişəm. lakin çox təəssüflər olsun ki, 5 il sağamlığımı müharibədə qoyub gələn vətəndaş kimi bildirmək istəyirəm ki, doğma Ağsu rayonumda mənim kimi insanlara qarşı yerli məmurların etinasız davranışlarını, məsuliyyətsizliyini, süründürməçiliyini görəndə hərdən erməniyə güllə atmağımıza peşimançılıq çəkirik. Axı biz vətənimizi ona görə qorumamışıq ki, özlərini məmur hesab edən savadsız adamlar kimlərəsə axralanıb millətin başına min bir oyun açmasınlar”.

Şikayətçinin sözlərinə görə, qardaşı Ağamir Ağasan oğlu Hacıyev evinin və kənd icra nümayəndəliyinin yaxınlığında yerləşən pivəxanada ictimaiyyəti və onun ailəsini narahat edən səs-küyə, söyüş səslərinə etiraz etdiyinə görə, pivəxananın qoçusu hesab edilən Şükürov Ağasəlimin şikayəti əsasında uçastkovu, polis mayoru İbrahim Sadıqov təcili olaraq öz şəxsi avtomobili ilə pivəxanaya gəlib və səs-küyə etiraz edən Ağamirə qarşı zorakılıq törədib.

“Onun əl-qolunu qadallayıb və maşına basıb Ağsu şəhərindəki Polis Şöbəsinə aparıb. Sifariş əsasında 30 sutka həbs cəzası vermək istərkən, Ağamirin köynəyinin cırılmasından görüb ki, o, ağır ürək əməliyyatı keçirib və ürək-damar sisteminə 2 aparat qoyulub. Bu səbəbdən polis mayoru İbrahim Ağamiri cəzalandırmaqdan vaz keçib və onu sərbəst buraxıb. Ağamirin 25 km aralıda olan kəndinə qayıtmağa yol pulu olmadığından o xeyli məsafəni piyada qət etməli olub və yarı yolda yıxılıb qalıb. Tanıyanlar görüb və onu gətirib kənddəki evinə çatdırıblar. Bu gün də Ağamir düşdüyü şokdan və depressiyadan ayıla bilmir.

Mən də 4 il 8 ay Qarabağ döyüşlərində sağlamlığımı itirdikdən sonra daxili işlər orqanlarında xidmət etmişəm. Amma polisin 2-ci qrup əlilə qarşı, ağır ürək əməliyyatı keçirən qardaşıma qarşı törətdiyi vəhşiliyi heç vaxt təsəvvür etməzdim. Axı bu xəstə insan evində rahatca dincəlmək üçün sadəcə, pivəxanada etik normalardan kənar danışan şəxslərə öz iradını bildirib. İnsanı bu hərəkətinə görə qatı cinayətkar kimi qolunu zorakılıqla qanallayıb şəxsi maşınında apararlarmı?

Ona görə də cənab Ali Baş Komandan İlham Əliyevdən, Daxili işlər naziri cənab Vilayət Eyvazovdan və DİN-nin Daxili Təhqiqat İdarəsi rəhbərlindən xahişim budur ki, Ağsu rayon Polis Şöbəsinin polis mayoru İbrahim Sadıqovun vətəndaşa qarşı törətdiyi qeyri-insani və zorakılıq hərəkətləri araşdırılsın və hüquqi qiymət verilməsinə göstəriş verilsin”.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamamı bildirib ki, iyunun 19-da DİN-in “102” Zəng Mərkəzi xidmətinə müraciət edən Ağsu rayonu Kalva kənd sakini Mühasib Nuriyev həmkəndlisi Ağamir Hacıyevin aralarında münaqişə yaratması barədə məlumat verib və daxil olmuş müraciətlə əlaqədar tərəflərin izahatları alınıb.

“Araşdırma zamanı məlum olub ki, A.Hacıyev M.Nuriyevin oğlu Nadir Nuriyevin yaşadığı ünvana gələrək onun evinin və həyətindəki çayxananın qanunsuz tikili olduğunu, bu səbəbdən sökməli olduğunu bildirib. Əks təqdirdə oranı yandıracağı ilə hədə-qorxu gəlib. A.Hacıyev də izahatında N.Nuriyevi ailəsinin yanında təhqir etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq ) maddəsi isə cərimə protokolu tərtib olunub.

Polis əməkdaşının A.Hacıyevlə kobud davranması barədə səsləndirilən iddialar isə qərəzlidir”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »