Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yazıçı Mədəniyyət Nazirliyini məhkəməyə verib: “Guya müxalifətçiyəm”
Aygün Həsənoğlu

Yazıçı-dramaturq Aygün Həsənoğlu ilə Mədəniyyət Nazirliyi arasında xeyli vaxtdır ki, məhkəmə çəkişməsi gedir. Tərəflər arasındakı mübahisəyə bir müddət əvvəl Bakı İnzibati Məhkəməsində baxılsa da, çəkişməyə nöqtə qoyulmayıb.

Bizimyol.info xəbər verir ki, iş hazırda Bakı Apellyasiya Məhkəməsində Xəyalə Cəmilovanın sədrlik etdiyi hakimlər kollegiyasının icraatındadır. Bu prosesdə iddiaçı tərəf Aygün Həsənoğludur.

Türkiyədəki “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin rəhbəri olan dramaturq bir müddət əvvəl Toplum.tv-yə müsahibəsində də Mədəniyyət Nazirliyi tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi. Onun sözlərinə görə, üzləşdiyi təzyiqlərin səbəbi isə həqiqətləri dilə gətirməsi, bu sahədəki çatışmazlıqlarla bağlı tənqidi fikirlər səsləndirməsidir.

Yazıçı deyir ki, Azərbaycanda həyata keçirə bilmədiyi layihələrini reallaşdırmaq üçün ölkədən getməyə məcbur olub: “Çünki Azərbaycanda işlədiyim dövlət qurumlarında rəhbərliyin gözügötürməzliyindənmi, laqeydliyindənmi, yoxsa sadəcə, burunlarından uzağı görə bilməmələrindənmi, mənə mane oldular. Məktəbdə müəllim işləyəndə də təşəbbüskarlığıma görə həmişə müqavimətlə rastlaşdım. Dövlət Gənc Tamaşaçılar Teatrında yeddi il ədəbi hissə müdiri işlədim. Repertuarlarla bağlı tənqidi fikirlərimi bildirirdim. Azərbaycanda milli dramaturgiyanın yetişmədiyi, teatrların gənc dramaturqlarla çalışmadığını və bu gənclərin qarşılaşdıqları problemləri dediyim üçün Mədəniyyət Nazirliyi tərəfindən mənə təzyiqlər edildi və tamaşalarım dayandırıldı. Məni teatrdan uzaqlaşdırmaq üçün tamaşamın üstündə oyun qurdular ki, guya müxalifətçiyəm. Mən heç bir partiyanın üzvü olmamışam, həmişə düşündüyümü demişəm. Orada da dediyim bu idi ki, bura teatrdır, kimlərəsə məddahlıq edə, kimlərisə təhqir edə bilmərik. Elə bu fikirlərimə görə baş rejissor tərəfindən təzyiqə məruz qaldım və o sahədən uzaqlaşmalı oldum”.

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »