Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BP ən çox zərər görən şirkətlər sırasında - 20,3 milyard dollar - Video
BP

Böyük Britaniyanın məşhur enerji şirkəti “British Petrolium” (BP) şirkəti 2020-ci ilə zərərlə yekun vurub.

Oxu.az-ın şirkətin mediaya təqdim etdiyi hesabatlara əsasən verdiyi məlumata görə, BP şirkəti ötən il 20,3 milyard dollar zərər edib.

BP-nin maliyyə hesabatlarının analizinə əsasən, 2010-2020-ci illər ərzində nəhəng enerji şirkəti üç dəfə zərərə gedib. Belə ki, şirkət 2010-cu və 2015-cı illəri də zərərlə başa vurub.

Həmçinin, BP-nin mənfəəti 2016-cı ildə son 10 ilin ən aşağı həddində olub. Şirkət 2019-cu ildə 4 milyard dollar mənfəət əldə edib ki, bu da 2018-ci illə müqayisədə iki dəfə azdır. Əlavə edək ki, BP 2018-ci ildə 9,4 milyard dollar gəlir əldə edib.

Qeyd edək ki, BP ilə yanaşı dünyanın digər məşhur neft-qaz şirkətləri də pandemiyanın müvafiq enerji resurslarına tələbatı azaltması ilə maliyyə itkiləri ilə üzləşiblər. Sektorda fəaliyyət göstərən bir çox şirkətlərinin hesabatlarında da mənfi tendensiya nəzərə çarpıb.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
Son xəbərlər
Bütün xəbərlər »