Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin 1-ci Pyotrun vəsiyyətini yerinə yetirir
Co Bayden və Vladimir Putin

“Tarixin bütün dövrlərində Qara dəniz  bir çox baxımdan saysız-hesabsız sivilizasiyaların və xalqların məskəni olub: iqtisadiyyat, ticarət və nəqliyyat əlaqələri baxımından geosiyasi və geostrateji əhəmiyyətə malik olan Qara dəniz tarix boyu qlobal və regional güclər üçün əsas rəqabət sahələrindən biri olub”.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyinin təhlil materialınnda bildirilir. Yazıda qeyd edilir ki, SSRİ-nin dağılmasından sonra "yeni dünya düzəni" elan edən və hegemonluğunu qorumağa çalışan ABŞ nüfuz edə bilməyəcəyi yeganə dəniz olan Qara dənizə "mövcud maraqlar zonası" kimi baxır: “Genişləndirilmiş Qara Dəniz Bölgəsinin əsas ideyası potensial düşmənlərin real rəqiblərə çevrilməsinin və ABŞ hegemonluğuna qarşı regional ittifaqlar qurulmasının qarşısını almaqdır. NATO üzvlük və ya əməkdaşlıq yolu ilə "bütöv və azad bir Avropa" qurulmasında, başqa sözlə, bölgənin Qərb sisteminə inteqrasiya edilməsində mühüm rol oynayır. Şimali Atlantika Alyansı ilə yanaşı, ABŞ, Böyük Britaniya və digər NATO üzvü olan ölkələr Rusiyanın bölgədəki təsirini azaltmağa çalışırlar. “Regional münaqişələrə son qoymaq” və “enerji təhlükəsizliyi” barədə ritorika əsasən Rusiya Federasiyasının təsirini məhdudlaşdırmağa yönəlib.

Digər tərəfdən, Rusiya Qara dənizdəki gücünü artırmaqda davam edir. Rusiya üçün Qara dəniz hövzəsi həyati maraqlar zonası olaraq hər keçən gün daha çox əhəmiyyət qazanır. Boru kəməri marşrutları, enerji ötürmə kanalları, donanma, hərbi bazalar, regional təhlükəsizlik və ticarət kimi bir çox məsələlər Qara dənizi Rusiya üçün strateji bir bölgəyə çevirir. Rusiya bir tərəfdən "Qara dənizdə hökmranlıq", digər tərəfdən isə Qara dəniz vasitəsilə Aralıq dənizinə girmək və boğazlara nəzarət etmək imkanı axtarır. Əslində, Putinin siyasəti 1-ci Pyotrun isti dənizlərə girmək və üstünlük əldə etmək barədə vəsiyyət etdiyi tarixi siyasət üzərində qurulub. Qara dəniz bölgəsi ciddi rəqabət sahəsi olmaqda davam edir. Bu rəqabətin dünyanı yeni bir savaş həddinə gətirməməsi və hadisələrin diplomatiya yolu ilə mülayim bir şəkildə həll edilməsi bölgənin sabitliyi üçün çox vacibdir”.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »