Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yayda günəşin zərərli şüalarından qorunmağın yolları
Günəş

Yayda qadınlar daha çox günəş ləkələrindən şikayətlənir. Günəş ləkələrinə səbəb isə günəşin zərərli şüalarıdır. Gördüyümüz işıq çox zaman zərərsiz olur. Görmədiyimiz ultrabənövşəyi şüalar isə əsl təhlükə mənbəyidir.

Mütəxəssislərə görə, son illərdə ozon təbəqəsində meydana gələn nazikləşmə sbəbi ilə yer üzünə daha çox ultrabənövşəyi şüalar yayılır. Bu şüalar yaz fəslində daha təsirli olur. Kosmetoloq Nurlana Əhmədovanın sözlərinə görə, ultrabənövşəyi şüalar buluddlu, qapalı havalarda belə dəriyə zərər verə bilər:

“Bəzən qadınlar günəş şüalarında qaralmağı sevir. Qaralmağa səbəb isə, ultrabənövşəyi A şüalardır. İnsanların günəş şüalarına verdiyi reaksiya dəri tipinə görə fərqlidir. Saç və dəri rəngi burada böyük rol oynayır. Məsələn qızılı, sarı saçlı, dəri rəngi çox açıq, ləkəli və göz rəngi açıq olan şəxslərin dərisi qaralmır, daha çox qəhvəyi rəngli ləkələr əmələ gəlir. Günəş şüaları altında 5-10 dəqiqə qaldıqları zaman rəngləri qızarır. Tünd rəngli saçları və tünd dərisi olan şəxslərin günəş şülalarından dərisi yanmır və rahat qarala bilirlər”.

Kosmetoloq qeyd edib ki, günəş şüalarından qorunmaq 11.00-16.00 arasında günəş şüaları altında olmaqdan çəkinmək lazımdır. Dəriyə ləkə düşməməsi üçün isə, hava buludlu olsa belə, yayda gündən qoruyucu kremlərdən istifadə etmək lazımdır. Çünki ultrabənövşəyi şüaların 80 faizi buludlardan keçə bilir. Günəş şüaları altına çıxarkən qoruyucu krem və losyonlardan istifadə edin. Günəşdən qoruyan losyonlar günəşin zərər verən enerjisini 70-95 faiz azaldır:

“Günəş şüalarından qoruyucu kremlər günəş altına çıxmamışdan yarım saat əvvəl yaxılmalıdır. Əgər günəş altında 3 saatdan çox qalacaqsınızsa, krem yaxmağı təkrarlayın. Dənizə və ya duşa girdikdən sonra, tərlədikdən sonra mütləq yenidən krem çəkin. Günəşdən qoruyan kremlərdən hər zaman istifadə etməyə çalışın”.

Kosmetoloq vurğulayıb ki, günəş kremi seçərkən günəşdən qorunma faktoruna diqqət yetirmək lazımdır. Günəşdən qoruyan kremlər 4,7,8,14,15,24,25 və daha yüksək ola bilər. N. Əhmədova qeyd edib ki, günəş ləkələrinin ev şəraitində təmizlənməsi üçün limon ən yaxşı vasitədir. Ləkələrin təmizlənməsi üçün limonu sıxaraq üzə çəkmək yetərlidir. Onu da qeyd edək ki, limon suyu ancaq 2 aylıq mütəmadi istifadədən sonra öz təsirini göstərir.

“Alma sirkəsinin tərkibində olan turşular üzdə olan ləkələrin təmizlənməsinə yardım edir. Limon suyu kimi alma sirkəsi də uzun müddət istifadədən sonra öz təsirini göstərir. Sirkə təbii olduğu təqdirdə bu öz təsirini daha tez göstərir. Aloe bitkisi də ləkələrin aparılmasında böyük rol oynayır” - deyə o bildirib.

Kosmetoloq əlavə edib ki, ev şəraitində kartof da təsirli bir vasitədir. Belə ki, kartofu dilimləyib ləkələrin üzərinə qoymaq lazımdır. Bundan sonra üzü 15 dəqiqə soyuq su ilə yumaq vacibdir.

İlahin

Bizimyol.info

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda zəlzələ olub
››› Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...
Son xəbərlər
Bütün xəbərlər »