Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM abituriyentlərə xəbərdarlıq etdi - İmtahanların vaxtı dəyişdirilib
İmtahan

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.

"Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti üzrə 19 iyul 2021-ci il tarixində nəzərdə tutulmuş imtahanlar 17 iyul tarixinə keçirilib.

Qabiliyyət imtahanına buraxılış vərəqəsində 19 iyul tarixi üçün Rəngkarlıq (10) komissiyasının rəngkarlıq imtahanı və Heykəltəraşlıq (12) komissiyasının yapma imtahanı qeyd edilmiş abituriyentlər 17 iyul tarixində imtahana gəlməlidirlər.

Bu abituriyentlər yenilənmiş buraxılış vərəqələrini DİM-in saytından çap edə bilərlər", -deyə məlumatda bildirilir.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »