Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Delta" ştammı Azərbaycanın bir addımlığında: Təhlükə hansı miqyasdadır...
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

2 ilə yaxındır ki, dünyanı cənginə alan korovirus bəlasına qalib gələ bilmirik. Yenicə rahat nəfəs almağa başlamışdıq ki, indi də Delta ştammı peyda oldu.

Deyilənlərə görə, koronavirusun Hindistanda yayılan Delta variantı Uhanda yayılan virusdan daha yoluxucudur və qripəbənzər əlamətləri ilə fərqlənir. Dünyada sürətlə yayılan “Delta” ştammı indiyədək 85 ölkədə aşkarlanıb. Qripə bənzəyən ştammın əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir. Delta ştammı xüsusən gənclərdə ağır qrip keçirmə hissi yaradır.

Alimlər digər koronavirus növlərindən fərqli olaraq bu ştamda eşitmənin itirilməsi əlaməti ilə qarşılaşdıqlarını da bildirirlər.

Artıq Azərbaycanla qonşu ölkələrdə virusun bu növü aşkarlanıb. Virusun bu növündən xüsusi qorunma yolları varmı? Yenidən qapanmalara getməmək, eyni hadisələri yaşamamaq üçün hansı tədbirlər görülməlidir?

Vəfa Ağayeva Vəfa Ağayeva

İSİM-in mütəxəssisi Vəfa Ağayeva Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, yay fəsli olduğu üçün xərici səfərlər də çox olur və bu səbəbdən də Delta ştammı ilə rastlaşma ehtimalımız çoxdur: “Artıq bizə ərazi baxımından yaxın olan ölkələrdə koronavirusun Delta ştammına rast gəlinib.

Digər ştammlarda olduğu kimi bu növün də xüsusi bir qorunma üsulu yoxdur. Yalnız əvvəlki qaydada maskadan istifadə, ara məsafəsinin qorunması, insanların çox olduğu yerə getməməklə özümüzü qoruya bilərik. Bu Covid ştammı digərlərindən əlamətlərinə görə də fərqlənmir. Yalnız fərqləndirən cəhəti odur ki, yoluxdurma qabiliyyəti yüksəkdir. Hətta deyirlər ki, daşıyıcı maskasız halda başqa bir şəxsin yanından ötüb küçsə belə, həmin adamı da yoluxdurur.

Həkimin sözlərinə görə, koronavirusun bu növünü gənclər arasında da ağır keçirdənlər var.

“Lakin Delta ştammına yoluxan hər kəs Covidi ağır keçirir də deyə bilmərik. Covidin bütün ştamlarında ağırlıq dərəcəsi insana görə dəyişir. Hazırda ölkəmizdə yoluxma sayı az olduğu üçün qapanmalara getməyə ehtiyac yoxdur. Amma hər kəs özünü qorumalıdır. Çünki Delta ştammına yoluxub yüngül keçirən şəxs başqalarını da bu virusa yoluxdura bilər. Yoluxma sayının çoxalmaması üçün Covid-lə bağlı daha əvvəllərdə dediyimiz tədbirdlərə riayət etməliyik”.

Leyla Mirzə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »