Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ atları Kraliçanın könlünü fəth etdi - Foto
Kraliça 2-ci Yelizaveta

Londonda ənənəvi “Uindsor Kral Atçılıq Şousu” (Royal Windsor Horse Show) başa çatıb. Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Uindsor qəsrində keçirilən tədbirlərdə hər gün Kral ailəsinin bir üzvü iştirak edib. Dörd gün davam edən tədbirdə 900-dən çox at və 1500-dən artıq iştirakçı çıxış edib.

Şouda Azərbaycan da təmsil olunub. Birləşmiş Krallığın Kraliçası 2-ci Yelizavetaya Azərbaycan atları ilə “Xarı bülbül” adlı şou nümayiş etdirilib. Bu kompozisiya Azərbaycanın Qarabağdakı son qələbəsinə və şəhidlərin xatirəsinə ithaf edilib.

Atlarla tamaşada atıcılıq, milli rəqs, akrobatika elementləri yer alıb, işitrakçılar hamısı milli geyimdə olub. Dövlət Sərhəd Xidmətinin atçılıq qrupu milli geyimlərdə kraliçaya öz çaparlıq məharətlərini nümayiş etdiriblər.

Qarabağ atları Britaniyada atçılıq şousunda

Qeyd edək ki, Kraliça 2-ci Yelizavetanın Qarabağ atlarına xüsusi rəğbəti var. Ona 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gətirilmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb.

“Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Ülyahəzrət Azərbaycan nümayəndə heyətilə görüşüb, xatirə şəkli çəkdirib. O, Azərbaycan təmsilçilərinin çıxışını “möhtəşəm” adlandırıb, Azərbaycan nümayəndələrinin gələcək atçılıq tədbirlərinə də qatılacaqlarına ümid etdiyini bildirib.

Ermənistan mətbuatı kraliçanın “Xarıl bülbül” kompozisiyasına marağını Britaniyanın 44 günlük aktiv əməliyyatlar zamanı Azərbaycanın yanında olması ilə əlaqələndirib.

Dünyaya səs salmış Qarabağ atı öz məşhur at cinsləri ilə öyünən ingilisləri hər zaman heyran edib. Qarabağ at cinsi Qarabağ ərazisində yayılmış dağ-minik at cinsidir. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamət onun parıldayan narıncı rəngdə olmasıdır. Əsasən 3 növü məlumdur. "Maymun", "Qarnıyırtıq" və "Əliyetməz". Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən qeydə alınıb. Qarabağın cins atı 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat sürətlə) qət edib. Atlar arasında dünya rekordu isə 70.76 km/saat olaraq qeydə alınıb.

İlhamə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »