Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP-dən “Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşının törətdiyi qəza ilə bağlı açıqlama
DYP-dən “Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşının törətdiyi qəza ilə bağlı açıqlama

Abşeronda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, yol nəqliyyat hadisəsi Sumqayıt şəhər sakini Əliyev Emil Şahin oğlunun idarə etdiyi, 99-SP-611 dövlət nömrə nişanlı “Mercedes C klass” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib:

“Belə ki, “Mercedes C klass” yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman “Nissan” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Mercedes” idarəetməni itirərək qarşıdan gələn “Mercedes Gelandewagen” markalı avtomobilə çırpılıb. Nəticədə “Nissan” markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.

19:29

Abşeronda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib.

Avtomobil əvvəlcə “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, “Mercedes Gelandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »