Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL prezidentinin xanımıyla bağlı məhkəmə işində hökm verildi
Cahangir Əsgərov

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov xüsusi ittiham qaydasında məhkəməyə verilib. AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı, “Premium Bank”ın təsisçisi Zərifə Həmzəyevanın bu şirkəti zorla əlindən aldığını deyən iş adamı böhtan atma və təhqir etməkdə ittiham olunurdu.

Bizimyol.info xəbər verir ki, İlqar İsmayılova qarşı xüsusi ittiham ittiham qaydasında iddia qaldırıb, onun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edən isə Zərifə Həmzəyevanın nümayəndəsi və hüquqşünası Məharət Hüseynlidir.

İlqar İsmayılov dövlət strukturlarına ünvanladığı şikayət məktublarında “İdeal”ın zorla əlindən alındığını, Zərifə Həmzəyevanın bu məqsədlə ona qarşı müxtəlif təzyiq üsullarından istifadə etdiyini yazırdı. Onun sözlərinə görə, 2011-ci ildə səhmlərin 50 faizini satmaq barədə qarşı tərəfin təklifini qəbul edib. Nəticədə Həmzəyeva da “İdeal Konpani”nin həmtəsisçisi olub. Bir müddət sonra isə qalan payını da istəyiblər. Vrmək istəməyəndə isə təzyiqlərlə üzləşib. İş adamı iddia edir ki, Zərifə Həmzəyevanın sahibi olduğu “Premium Bank”da onun adına 5 milyonluq kredit müqaviləsi saxtalaşdırılıb, öz şirkətindən yeyintidə ittiham edilərək həbs olunub. Həbsdə olduğu müddətdə bankın nümayəndəsi notariat kontorunun rəhbərilə yanına gəlib, ona etibarnamə verib, “İdeal”dakı qalan payından da imtina edəndən sonra azadlığa buraxılıb. Barəsindəki cinayət işi də ləğv edilib.

Qarşı tərəf isə dövlət orqanlarına göndərilmiş məktublarda, mətbuata müsahibələrdə yer alan bu fikirlərin təhqir və böhtan xarakterli olduğunu iddia edir.

Xüsusi ittiham qaydasında qaldırılmış iddiaya Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baxılıb. İyulun 5-də İlqar İsmayılov və vəkilləri İlhamə Həsənova, Gülnar Quluzadənin, həmçinin xüsusi ittihamçı Məharət Hüseynlinin vəkili Asif Məmmədovun iştirakıyla keçirilən məhkəmə iclasında onlara hökm oxunub. İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrilə irəli sürülmüş ittihamlar əsassız hesab edilib. İttiham sübuta yetirilmədiyinə görə onun haqqında bəraət hökmü çıxarılıb.

Hazırda həbsdə olan İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, “İdeal Kompani”nin 680 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Lakin iş adamı ittihamları qəbul etmir. Məhkəməsində də deyib ki, başına gələnləri ictimailəşdirdiyinə görə onu cəzalandırmaq, həm də susdurmaq məqsədilə yenidən həbs ediblər.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

Həmzəyeva həm də Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un rəhbəridir.

“Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adını “SilkWay Bank”a dəyişib, 2018-ci ildə isə “Premium Bank” olub. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »