Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konstitusiya Məhkəməsi “Ermənistan” və “Mənim şərəfim var” bloklarının seçkinin nəticələrinin ləğvinə dair iddiasına baxacaq
İrəvan, Ermənistan

Ermənistan Konstitusiya Məhkəməsi “Ermənistan” (rəhbəri eks-prezident Robert Koçaryan) və “Mənim şərəfim var” (rəhbəri Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan) bloklarının iddiasına baxacaq.

APA-nın xəbərinə görə, Ermənistan Konstitusiya Məhkəməsinin yaydığı məlumatda bildirilir ki, qeyd olunan iki blokla yanaşı, “Oyanış” və “Erməni vətəni” partiyalarının da iddiasına iyulun 9-da bir yerdə baxılmasına qərar verilib.

Məhkəmədən bildirilib ki, iddiaların motivi eyni olduğu üçün işə bir yerdə baxılması qərara alınıb.

Cavabdeh qismində Ermənistan MSK, Baş Prokurorluq, Polis və Televiziya və Radio Komitəsi çıxış edir.

İddiaçılar iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinin etibarsız sayılmasını tələb edilər.

Xatırladaq ki, növbədənkənar parlament seçkilərində Baş nazir əvəzi Nikol Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »