Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göz yaşlarıyla dolu Gəncə Şəhidlər Xiyabanı... - Foto, Video
Gəncə Şəhidlər Xiyabanı

İrəli addımladıqca şəhid analarının ah-naləsi, hönürtü səsləri gəlir. İlahi, bu dərd necə ağırdır. Birisi balasını oxşayır, birisi laylay çalır, birisi məzar daşına sarılıb, qalıb. Məzar daşlarında gözlərində nur, vətən üçün canlarından keçən igidlər baxır.

Bir-bir məzarlara baxıram, düzü, heç birinə ölüm yaraşmır. Fotolarda o qədər xoşbəxt görünürlər ki... Amma hamısı ikinci Vətən Müharibəsində şəhid olub. Aradan aylar keçsə də, yaralar sağalmır. Sağalmayacaq da...

Ağırdır övlad dərdi. Müsahiblərimin biri demişdi ki, atasını, anasını, qardaşını, bacısını dəfn edib, bu qədər ağrı yaşamayıb. Övladının ölümü isə qəddini əyib. Şəhidlər Xiyabanı, Gəncənin 4 saylı qəbiristanlığında yerləşir.

Sakinlərin sözlərinə görə, bu günə qədər Gəncə şəhəri yüzlərlə şəhid verib. Təkcə İkinci Vətən Müharibəsində 120-yə yaxın oğul şəhid olub. Şəhidlər Xiyabanında Gəncə şəhidlərinin xatirəsinə kompleks ucaldılıb.

“Mən sənsiz necə yaşayım ay balam, həyatımı alt-üst etdin. Balamın arzuları vardı. Nakam qaldı, canım oğlum, anan sənsiz necə yaşasın, necə nəfə alsın?”- deyə şəhid Orxan Həsənovun anası məzarı başında nalə çəkir.

“Arzuları ürəyində qalan oğul. Bəs mən sənsiz necə yaşayım? Yuxularıma da gəlmirsən ki, sakitləşim. Bəs məni niyə düşünmədin ay balam, ay oğlum, anan ölsün, ay oğul” - deyə şəhid Asimin anası göz yaşı tökür.

Bəziləri isə sadəcə bu dərdə ortaq olmaq üçün gəlir. Saçını başını yolan anaları sakitləşdirir. Anaları, yaxınları olan şəhidlər yad edilir. Naməlum şəhidləri isə, öz övladlarının məzarı başına gələn analar məzarlarına su tökərək yad edir. Gəncədə 47 naməlum şəhid məzarı var.

Gəncə Şəhidlər Xiyabanından görüntüləri aşağıda bölüşürük:

İlahin

Bizimyol.info

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »