Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkə Rusiyadan torpaqlarını istəyir
Kreml, Moskva, Rusiya

Baltikyanı ölkələr Rusiya ilə ehtiyatla davranırlar. Bu dövlətlərin şimal ölkəsindən çəkindiyini də demək olar. Çünki Şengen zonasında yer almış keçmiş SSRİ republikaları Rusiyanı təhlükə sayır. Estoniya bu mənada xüsusi fərqlənir.

Bizimyol.info xəbər verir ki, Baltikyanı ölkə Rusiyadan torpaqlarını istəyir. Estoniya 1920-ci ildə bağlanmış Tartu müaviləsinin şərtlərinə əməl olunmasını zaman-zaman tələb kimi ortaya qoyur. Estoniya prezidentliyinə namizəd Henn Pılluaas da həmin anlaşmadan danışıb. Eston siyasətçi Rusiyadan ölkəsinin torpaqlarını tələb edib.

Pılluaas üzvü olduğu Konservativ Xalq Partiyasının iclasında Tartu müqaviləsindən bəhs edib. O, Rusiyanın Estoniyanın torpaqlarını qaytarmalı olduğunu deyib. Pılluaas prezident seçilərsə, bunu ciddi tələb kimi ortaya atacağının mesajını verib. Tartu müqaviləsinə görə, Estoniyanın ərazisi indikindən daha böyük olmalıdır. Torpaqların bir hissəsi SSRİ dövründə Rusiyanın nəzarətinə keçib. Sovet İttifaqının süqutundan sonra Moskva Tallinin tələblərinə məhəl qoymamağa başlayıb.

Estoniyanın indiki rəhbərliyi ifadələri prezidentliyə namizədlərə nisbətən daha ehtiyatla seçir. Dövlət başçısı Kersti Kalyulayd bir neçə dəfə Rusiyaya torpaq iddiası olmadıqlarını bildirib. Çünki NATO-ya üzv olmağın əsas şərtlərindən biri də budur. Kalyulayd Estoniyanın müstəqilliyinin 102-ci ildönümündə, ümumiyyətlə, heç bir qonşuya qarşı belə iddia saxlamadıqlarını dilə gətirmişdi.

Baltikyanı ölkələrdən Latviyada da tez-tez torpaq iddiası ilə bağlı ifadələr eşidilir. Burada da ayrı-ayrı siyasətçilər oxşar sözlər istifadə edir. Amma Latviya rəhbərliyi Rusiya ilə münaqişəyə girməmək, Kremli qıcıqlandırmamaq üçün belə iddianın olmadığını səsləndirir.

Tartu müqaviləsi 1920-ci il fevralın 2-də bağlanmışdı. Həmin anlaşmada Rusiya və Estoniya arasında konkret sərhədlər göstərilmişdi. Amma Estoniyanın 1940-cı ildə SSRİ-nin ərazisinə çevrilməsi vəziyyəti dəyişmişdi. Respublikaların 1991-ci ildə müstəqillik əldə etməsindən sonra Moskva məsuliyyətdən boyun qaçırmağa başlamışdı. Rusiya Xarici İşlər Nazirliyi müqavilənin qüvvəsinin itirdiyini dəfələrlə bəyan edib. Kreml əsas səbəb kimi Estoniyanın 81 il əvvəl SSRİ-nin tərkibinə keçməsini göstərir.

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »