Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 25 milyon manata torpaq sahəsi satılır - Foto
Bakı şəhəri

Bakıda, ümumiyyətlə, Azərbaycanda mənzillərin qiyməti bir çox ölkələrlə müqayisədə çox yüksəkdir. Buradakı qiymətləri hətta şişirdilmiş də adlandıranlar var. Çünki maaşların bu qədər az sayıldığı ölkədə mənzillərin dəyəri belə yüksək olmamalıdır.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda, xüsusilə paytaxtda torpaq sahələri də çox bahadır. Buna əmin olmaq üçün alqı-satqı portallarına göz gəzdirmək kifayətdir. Qiymətlərə görə heyrətlənməmək mümkün deyil. Ölkə insanının böyük əksəriyyətinin əli çatmayacağı rəqəmlərdən söhbət gedir.

Təsəvvür edin, Bakıda 25 milyon manata torpaq sahəsi satılır. Sanki bütov şəhəri satışa çıxarıblar. Bu qiymətə 54 sot ərazi təklif olunur. Təbii ki, başqa bahalı torpaq sahələri də var. Amma bu torpaq sahəsi bir sotun qiymətinə görə rekordçudur.

Torpaq sahəsi İsmayıl Qutqaşınlı küçəsində yerləşir. Ərazi Nəriman Nərimanovun heykəlinin lap yaxınlığındadır. Portalda elanı yerləşdirən şəxs buranın yaşayış kompleksi inşa etmək üçün uyğun olduğunu xüsusi vurğulayıb. Onun yazdığına görə, 4 bloklu, 21 mərtəbəli yaşayış kompleksi tikmək istəyənlərin başqa yer axtarmasına ehtiyac yoxdur. Belə anlaşılır ki, sənədlərdə burada bina inşa olunacağı qeyd edilib: “İcazə də alınıb. Binanın ilk 4 mərtəbəsi ticarət mərkəzi üçün nəzərdə tutulub.Torpaq sahəsi alan şirkət və ya şəxs dərhal kompleks tikintisinə başlaya bilər. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz”.

Buna bənzər başqa elanlarda da heyrət olunacaq rəqəmlər gözə dəyir. Məsələn, Mərdəkan qəsəbəsində 750 min manata torpaq sahəsi satılır. 17 sot ərazi üçün bu qədər məbləğ istənilir. Elandan belə aydın olur ki, torpağı hissə-hissə də əldə etmək mümkündür. Bu halda ərazinin sotu 44 min manata satılır.

Bakıda 25 milyon manata torpaq sahəsi satılır

Elanı yerləşdirən şəxs torpaq sahəsinin qəsəbənin əlverişli yerində olduğunu qeyd edib. Onun yazdığına görə, ərazidə 100-ə qədər ağac da əkilib.

Ümumiyyətlə, təklif olunan ərazilərin çoxu baha qiymətədir. Sanki satıcılar reallıq hissini itirib. Rəqəmlər çoxunun heç vaxt əldə edə bilməyəcəyi səviyyədədir. Belə daşınmaz əmlak vahidləri ölkədə bir ovuc varlı adamın arasında dövr edir. Amma bütün hallarda varlıların hamısının varlanması kasıbların kürəyindən çıxan pulla baş tutur.

Paylaş »
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
››› Avqustun 2-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »