Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanun qəbul edilsə də, əlilliyin təyini problem olaraq qalmaqdadır
Milli Məclis

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Lakin narazılıqlar davam edir. 17 min nəfər əlilliyi ləğv edilmiş insanın sualları cavabsız qalıb. Onlara kompensasiya veriləcəkmi? Yenidən tətbiq edilən qaydalarla əsl əlillər öz haqlarına qovuşa biləcəkmi?

Deputat Əli Məsimli məsələylə bağlı bizimyol.info-ya açıqlama verərkən bildirib ki, saxta əlillərdən pensiyaları geri çəkən dövlət zəhmət çəkib saxta əlillik kağızlarına qol çəkənləri də cəzalandırsın.

Əli Məsimli - Deputat Əli Məsimli

“Azərbaycan Konstitusiyasında sosial yönümlü bazar iqtisadiyyatı dəyişikliyi edilib. Əlillik məsələsi dövlətin üzərinə götürdüyü mükəlləfiyyətdir. Vətəndaş hansısa qanunu pozanda dərhal dövlət onu cəzalandırır. Bəs dövlət özü qanunu pozursa, necə olmalıdır? Heç kim və heç nə qanundan üstün deyil. Belə çıxır ki, manupulyasiyalar edib öz yaratdığı qanunları poza bilər? Niyə 17 min saxta əlillik var? Qanun hələ 2023-cü ildə qüvvəyə minəcək. O vaxta qədər tək ümidi əlillik pensiyası olan həqiqi əlillər necə dolanacaq? Məhz bu ara müddətdəki məsələlər açıq qalıb.

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ləğv olundu, əlilliyin təyini üçün qoyulmuş 250 meyarı 150 meyara endirməklə xeyli sayda insanın əlillik hüquqları tapdanıb. Aralıq müddətdə də bu hüquqların tapdanması davam edəcək. Ona görə şəffaflıq təmin edilməlidir, Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta arasında normal münasibətlər formalaşmalıdır. 17 min saxta əllillik varsa, Səhiyyə Nazirliyi burada günahkardır. İndi bu adamları İcbari Tibbi Sığortaya yönləndirmək problemi avtomatik həll etmir. Koronavirus zamanı qarşısında baş əyiləsi həkimlərimiz oldu. Amma bundan pul qazananlar da az olmadı. Kim zəmanət verə bilər ki, koronavirusdan pul qazananlar əlilliklə bağlı dərəcənin təyin edilməsində də fəaliyyətə başlamayacaq?3 0 və 31, 60 və 61 arasındakı faizlərin arasındakı o bir dərəcə üzərində manipulyasiya edilməyəcək? Məsuliyyət məsələsi çox ciddi qoyulmalıdır.Azərbaycanda uşaq pulu var idi. Onu indeksləşdirib istifadə etmək lazım idi. Bu ən yaxşı ünvanlı sosial yardım idi.Uşaq var , ünvan var. Bunu götürüb ünvanlı sosial yardım elədilər ki, beynəlxalq praktikaya uyğundur. Beynəlxalq praktika qaldı bir tərəfdə,50 fazini vətəndaşa verdilər, 50 fazini özləri götürdülər. Bu faktdır.Sosial iş yerləri quruldu. Əyintilərlə bağlı nə qədər adam həbs edildi. Artıq onlara o gəlirin 50 faizi də azlıq edirdi, sosial iş yerləri vasitəsilə adı işə yazılan şəxsə 250 manat təyin edilirdi, bunun 30-40 manatını verib, qalanını ciblərinə qoyurdular.

Bu təcrübələr açıq göstərir ki, qanundan yuxarıda duranlar var. Azərbaycan müharibədən çıxmış ölkədir. Dünyanın ən gözəl təcrübəsi olsa belə, müharibədən yeni çıxmış ölkəyə yüzdə yüz tətbiq oluna bilməz. Əhali koronavirusdan çıxıb,müharibədən çıxıb, böhrandan çıxıb, alıcılıq qabiliyyəti azalıb. Qiymətlər qalxıb, xeyli problemlər var. Ailəsinin tək yaşayış mənbəyi əlillik pensiyası olan adamın pensiyasını kəsmək nə deməkdir? Bunun cavabını kimsə mütləq verməlidir.Sosial müdafiə sistemimizdə bilərəkdən qoyulan bürokratik əngəllər həddən artıq çoxdur”,- deyə deputat qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »