Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda antiterror əməliyyatı: Rusiyanın cığallığı və Ərdoğanın xəbərdarlığı
Xankəndi

44 günlük müharibədən sonra Azərbaycanda və bölgədə yaranmış geosiyasi durum yeni bir mərhələyə keçir.

10 noyabrda imzalanmış siyasi və hərbi sənəd yenicə bitmiş müharibənin bir mərhələsinin sonu idisə, Şuşa şəhərində Türkiyə prezidenti Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanmış müttəfiqlik haqqındakı siyasi və hərbi sənəd bu prosesi yeni bir mərhələyə adlatdı. Artıq bizlər bu yeni düzənin gerçəkliyini görməkdəyik.

Bu günlərdə Ərdoğanın Sakaryada tank zavodu işçiləri qarşısında səsləndirdiyi siyasi fikirlər də bu baxımdan maraq doğurur. O, çıxışında bir çox məsələlərə toxunmaqla yanaşı, Qarabağdakı duruma da yer ayırıb;  bildirib ki, Azərbaycan və Türkiyə  bölgədə sülh arzulasa da,  Qarabağda sabitlik olmasa, orada anterror əməliyyatı aparılacaq, “bu niyytdə olan Azərbaycanı dəstəkləyəcəyik, Azərbaycana hər bir köməyi edəciyik”.

Məncə, artıq bundan ötrü bir sıra imkanlar da yaranıb; müharibəni bütün sferalarda bitirmək lazımdır.

Tarixdə ən uzun sürən müharibə İngiltərə və Fransa arasında olan "Yüzillik müharibə" də sülhlə bitib, İndi İngiltərə və Fransa bir çox məsələlərdə müttəfiqdirlər.

Ermənistan, nəhayət ki, bunu anlamalıdır. Amma hələ ki, onların belə bir istəkdə olduqları görünmür. Əksinə, Rusiya və Ermənistan bitmiş münaqişəni incə bir imitasiya formasına keçirmək istəyir (əllbəttə ki, Rusiyanın, şəxsən Putinin razılığı ilə).

Ermənistan 1994-cü ildən bəri münaqişəni necə qoruyub saxlayırdısa, indi də sərhədlərin delimitasiyası və demarkasiyası adı ilə, eləcə də, Azərbaycanın əzəli torpağı olan Xocəvəndi, Ağdərə,  Xankəndi və sair torpağımızda yaşayan etnik erməni əhalisini manipulyasiya edərək münaqişənin gələcək üçün saxlanmasaına çalışırlar.  Eləcə də, Mehri rayonundan keçəcək, Naxçıvanı Azərbaycanın qalan torpaqları ilə birləşdirəcək nəqliyyat dəhlizi ideyası (layihəsi) ətrafında da eyni taktika - imitasiya-manipulyasiya davam edir. Ermənistan əvvəllər olduğu kimi, danışıqlar imitasiyası formasında vaxtı uzadıb  Rusiyanın köməyi ilə Qarbağda möhkəmlənmək istəyir. Rəsmi İrəvan Rusiya sülhməramlıları  vasitəsilə Qarabağdakı və sərhəddəki vəziyyəti idarə etməyə çalışırlar. Bu, Rusiyaya da sərf edir; bu yolla Azərbaycanda, eləcə də, təbii ki, Ermənistanda hərbi-siyasi varlığını, bölgədə geosiyasi təsirini saxlamaq istəyir. Və öz sülhməramlıların Qarabağda çox qalmasından ötrü indidən zəmin hazırlayır. Rusiya prezidenti yaxşı bilir ki, əgər Türkiyə burada möhkəmlənsə, yaxın gələcəkdə onun Azərbaycanda siyasi və hərbi baxımdan qalması mümkün olmayacaq. Azərbaycanı bu durum qane etmir; xarici işlər naziri Ceyhun Bayramov da son çıxışında 10 noyabrda imzalanmış üçtərəfli Azərbaycan-Ermənistan -Rusiya birgə bəyanatındakı bəzi müddəaların yerinə yetirilməmiş qaldığından narahatlıq ifadə etmişdi. Bu, əslində Rusiyaya yönəlik bir mesaj idi; bəyanatın Rusiyanın öz tərəfindən də, Ermənistan tərəfdən də icrasına məsuliyyət rəsmi Moskvaya aiddir. Azərbaycan xarici işlər naziri Rusiyaya demək istəyir ki, necə Azərbaycanı atəşi dayandırmağa razı salıbsa, necə Ermənistanın bu üçtərəfli bəyanata imzalatmağa məcbur edibsə, indi də bu sənədin icrasını təmin etsin. Həm də, yadınızdadırsa, həmin bəyanata Ermənistanın baş naziri Nikol Paşinyan axırda və ayrıca imza atdı; Azərbaycan və Rusiya prezidentlərinin videokonfrans formatında görüşüb canlı yayımda sənədə imza atması özü də simvolik məna daşıyır. Yəni Rusiya o gün Ermənistanın da əvəzindən Azərbaycana söz vermiş oldu. Ancaq Prezident Ərdoğanın və Azərbaycanlı nazirin bəyanatlarından da görünür ki, verilmiş sözıərə əməl olunmur. Yaxud qismən əməl olunur. Prezident İlham Əliyev də dəfələrlə: "Dəmir yumruq" yerindədir" deyib və bildirib ki, əgər Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, qarşı tərəf revanşist addımlar atmağa cəhd göstərsə, Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən vəzifələrin icrasına davam edəcək.

Beləliklə, "antiterror əməliyyatı" ifadəsi boş yerdən yaranmayıb;  Azərbaycan və Türkiyə münaqişəni təzələmək və ya gələcək müharibə üçün siyasi-hərbi yatırım etmək istəyən Rusiya-Ermənistan tandeminə imkan yaratmaq fikrində deyil...

İbrahim

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› "Televizorda özünü görüb soruşdu ki, bu aktyorun adı nədir..."
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› Atatürkə qarşı böyük hörmətsizlik
Son xəbərlər
Bütün xəbərlər »