Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş verən partlayış və dünəndən bəri susan qurumlar
Xəzərdə partlayış, vulkan

Dünən gecə saat 23:30 radələrində Xəzər dənizində partlayış baş verib. Partlayış o qədər güclü olub ki, şəhərin müxtəlif istiqamətlərindən insanlar bunun şahidi olublar və həmin görüntüləri lentə alıblar. Sosial şəbəkələrdə yayılan bu görüntülər vətəndaşlar arasında narahatçılığa səbəb olub. Partlayış barədə müxtəlif versiyalar irəli sürülməyə başlayıb. Kimisi bunun palçıq vulkanı, kimisi neft tankeri olduğunu, kimisi isə İran və Rusiyanın mina xəritələrinin alınmasına cavab olaraq təxribat törətdiyini söylədi. Yayılan bu yalnış məlumatların kökündə duran isə heç bir rəsmi açıqlamanın olmaması idi.

Partlayışdan sonra SOCAR ilk açıqlamasında partlayışın palçıq vulkanı ilə əlaqədar olduğu desə də, tam təfərrüatlı rəsmi açıqlama verilmədi. Hadisədən yarım saat sonra isə Fövqəladə Hallar Nazirliyi bildirdi ki, FHN-ə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb, görüntülərlə bağlı araşdırma aparılır.

Bu natamam açıqlamalar təbii ki, ajortaj doğuran məlumatların yayılmasına səbəb oldu. Müharibə dövründən yeni çıxmış, gərgin hadisələrin xofu canından çıxmamış, psixoloji travmaları atlata bilməmiş vətəndaşlar bu gecə də nə baş verdiyini bilmədən səhəri ayaqda açmalı oldu.

Bu cür halların yaşanması ölkəmizdə ilk deyil. Hər dəfə ekstrimal hadisələr baş verdiyi zaman aləm dəyir bir-birinə. Nə baş verdiyini kimsə bilmir, hər ağızdan bir avaz çıxır, “İP” toplamağa çalışan saytlar, internet səhifələri insanların marağını cəlb etmək üçün saxta məlumatlar dərc edir. Bir sözlə şayələr baş alıb gedir. Millətin “ürəyi ağzına gələndən” sonra hansısa dövlət qurumu hadisəyə açıqlama verir.

Bunun səbəbi isə çox sadədir. Anında cavab verməkdən çəkinirlər. Xalqın reaksiyasına baxdıqdan sonra nəyi deyib, nəyi deməməli olduqlarına qərar verirlər. Necə ki, hər qiymət artımından qabaq bunu yaşayırıq. Kimsə ortaya bir söz atır ki, filan şeyin qiyməti yüksələcək. Camaat başlayır müzakirəyəvə bir müddətdən sonra həqiqətən də həmin məhsul və ya xidmət bahalaşır.

Hətta müharibə vaxtı da biz bu cür halların şahidi olduq. Müharibə Azərbaycan və Ermənistan arasında getdiyi, Azərbaycanda kifayət qədər televiziya kanalları, online xəbər saytları olduğu halda biz ilkin məlumatları Türkiyə mediasından alırdıq. Hətta onlara istinadən xəbərlər verirdik. Çünki bizim media nümayəndəlirənə ilkin açıqlama verən, hadisələrin içərisində olması üçün şərait yaradan yox idi. Bu cür hadisələrdəəhalini informasiya blokadasına almaq nəyə lazımdı? Hər açıqlama verilməyən vaxt dövlət qurumlarının əleyhinə işləməyə başlayır. Çünki bu cür hadisələri gizlətmək mümkün deyil. Hərənin əlində bir telefon var və hər kəs çəkdiyi görüntüləri yayan zaman öz fantaziyalarına əsaslanaraq mühakimələr yürüdür. Bunun isə nəticəsi daha ağır olur.

Nəhayət, bu gün səhər saatlarında SOCAR İctiamiyyətlə əlaqələr idarəsinin rəsmisi İbrahim Əhmədov Xəzər dənizində baş verən partlayış və alovla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub.

Təbiət hadisəsi olan palçıq vulkanına görə, insanları bu qədər narahat saxlamağa dəyərmiydi?

Leyla Mirzə

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »