Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünən gecə Xəzərdə baş verən partlayışa rəsmi cavablar və versiyalar
Xəzərdə partlayış oldu - Video

Xəbər verdiyimiz kimi, dünən gecə saat 23:30 radələrində Xəzər dənizində partlayış baş verib. SOCAR-ın ilk açıqlamasında partlayışın palçıq vulkanı ilə əlaqədar olduğu deyilsə də, tam təfərrüatlı rəsmi açıqlama verilmədi.

Hadisədən yarım saat sonra Fövqəladə Hallar Nazirliyi bildirdi ki, FHN-ə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb, görüntülərlə bağlı araşdırma aparılır.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bizimyol.info-ya verdiyi açıqlamada bildirdi ki, Xəzərdə çoxlu sayda palçıq vulkanları var, partlayışın müddəti və alovla çıxması palçıq vulkanının püskürməsinə bənzəyir. Xəzərdəki platformalarda, dənizdəki quyularda və gəmilərdə qəza faktı yoxdur.

Xəzər Dəniz Gəmiçiliyinin (QSC) mətbuat katibi Mehman Mehdiyev də bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib”.

Gecə saat 22:36-da SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verdi ki, Xəzərdə baş verən partlayışın SOCAR-ın birbaşa nəzarətində olan obyektlərlə əlaqəsi yoxdur.

Xəzər dənizində baş verən güclü partlayışla bağlı ilkin versiyalar olaraq sosial şəbəkələrdə xəbər yayıldı ki, , "Ümid" qaz platformasında güclü partlayış baş verib və partlayış istismardan çıxarılmış quyuda olub. Yanğın baş verən platformanın SOCAR-a məxsus olduğu da yazıldı. Lakin SOCAR bu deyilənləri təkzib etdi.

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, yanan Ümid yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusudur, (blok 22-n yanı).

“Belə ki, adətən kəşfiyyat quyusu qazıldıqdan sonra ağzı sementlənərək bağlanır.Vaxtı ikən baş verən səhlənkarlıq,sementin keyfiyyətsiz,yaxud az olması nəticəsində illər sonra həmin quyudan sızmalar olur,təzyiq güclü olduqda isə yanğına çevrilə bilir. Ölən yaralanan yoxdur, Mənə verilən məlumatda onu da dedilər ki quyunu SOCAR Kompleks Qazma İşləri Trestinin Sahil qazma idarəsi qazıb və istismardan çıxmış quyu kimi SOCAR-ın balansındadır”.

Sosial şəbəkələrdə baş vermiş partlayışı siyasiləşdirənlər də oldu. Bir çoxları bunu İran və Rusiyanın mina xəritələrinin alınmasına cavab olaraq təxribat törətmiş ola biləcəyi ilə əlaqələndirdi. “Bu İranın və ya Rusiyanın Transxəzər kəmərinə cavabları da ola bilər”,- deyə iqtisadçı Qubad İbadoğlu da öz ehtimalını irəli sürdü. Reuters aqgentliyi partlayışın “Ümid” yatağındakı istismar müddəti başa çatmış quyuda baş verdiyini yazdı.

Qeyd edək ki, "Ümid" yatağı 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib. Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir ."Bulla-dəniz" yatağının 15 kilometrliyindədir

İlhamə

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »