Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Türkmənistan XİN başçıları arasında telefon danışığı olub
Ceyhun Bayramov

İyulun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən ali siyasi səviyyədə əldə olunmuş razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.

Tərəflər iki ölkənin Xarici İşlər Nazirlikləri xətti, o cümlədən müvafiq nazirliklər arasında qarşılıqlı əlaqənin saxlanılmasının vacibliyini vurğulayıblar.

Telefon danışığında tərəflər regional və beynəlxalq formatda məhsuldar əməkdaşlığı qeyd ediblər. Bu kontekstdə nazirlər Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçıları səviyyəsində bu il planlaşdırılan görüşün əhəmiyyətini vurğulayıblar.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
Son xəbərlər
Bütün xəbərlər »