Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 5 iyul, 2021 – Yaxşı xəbərlər alacaqsınız
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 5 iyul, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Sakit gündür. Bəzi çətin və vacib məsələləri həll etmək çətin olmasa da, planlarınızı vaxtında həyata keçirmək həmişə mümkün deyil. Gecikmələr üzündən bəzi sövdələşmələr pozula bilər. Amma planlar qura, hadisələrin inkişafı üçün fərqli variantları nəzərdən keçirə bilərsiniz. Güclü tərəflərinizi düzgün qiymətləndirməyi, hansı hədəflərə həqiqətən nail ola biləcəyinizi anlayacaqsınız.

Ünsiyyət üçün pis gün deyil, bir çox görüşlər yaxşı keçəcək, hətta çox fərqli insanlar da ortaq mövqedən çıxış edə biləcəklər. Evdə bəzi xoş hadisələr baş verə bilər, qohumlarla bağlı yaxşı xəbərlər almağınız mümkündür.

Qoç - Günün başlanğıcı gözlənilməz hadisələr gətirəcək. Onların dünyagörüşünüzə təsir göstərməsi, planlarınızı dəyişdirməyinizə və ya davranışlarınızı tənzimləməyinizə səbəb olması mümkündür. Ətrafda baş verənləri yaxından izləməyə və başqalarının səhvlərindən öyrənməyə çalışın; bu bir çox çətinliklərdən qaçmaqda sizə kömək edəcək.

Daha sonra köhnə bir işə qayıtmağa ehtiyac yaranacaq. İşləri ən qısa müddətdə tamamlamalısınız, buna görə də köməkçilərinizi tələsdirməlisiniz. Bu olduqca əsəbdi vəziyyətdir, amma özünüzü yaxşı bir əhvalda saxlamağı bacarırsınız və başqalarının da ruhdan düşməsinə imkan vermirsiniz.

Buğa - Yorğun bir gündür. Həmişəkindən daha çox işləmək lazım gələcək və gördüyünüz işlərin heç də hamısı sizə xoş əhval gətirməyəcək. Bir çox Buğalar işləri sonraya təxirə salmaq istəyəcəklər, amma əvvəllər verdikləri vədlər buna imkan verməyəcək. Sizə güvənənləri məyus etmənəyə çalışacaqsınız. Ətrafınızdakı insanlar bu yanaşmanızı yüksək qiymətləndirəcəklər, hörmətlə yanaşacaqlar.

Gözlənilməz görüşlər mümkündür. Son vaxtlar haqqında çox düşündüyünüz bir adamla qarşılaşa, yaxud darıxdığınız bir adamla görüşə bilərsiniz. Xoş tanışlıqlar istisna deyil.

Əkizlər - Yorucu, lakin çox səmərəli bir gündür. Bir çox işlər diqqət tələb edəcək və hamısını da yaxşı bacaracaqsınız, baxmayaraq ki, eyni vaxtda min bir məsələ barədə düşünməlisiniz. Kimsə sizin bəzi vəzifələrinizi üzərinə götürərsə də, vəziyyəti idarə etməyə çalışın, əks halda çox da yaxşı olmaya bilər.

Planlaşdırılmamış səfərlər ehtimalı var. Çox qeyri-adi olacaqlar, müsbət emosiyalar verəcəklər. Evdən kənarda xoş tanışlıqlar və uğurlu alış-verişlər mümkündür. Axşam saatlarında çox işləməmək yaxşıdır. Enerjinizi bərpa etmək üçün qısa bir fasilə verməyə dəyər.

Xərçəng - Gün çox maraqlı hadisələr gətirəcək. Çox vaxt başqaları üçün tamamilə gözlənilməz olacaq, ancaq sizin üçün sürpriz deyillər: intuisiyanız çoxdan hər şeyin belə olacağını sizə bildirib. Səhər köhnə işlərə qayıtmaq, onları uğurla tamamlamaq, bəzi kiçik səhvləri düzəltmək üçün əlverişlidir.

Günortadan sonra ünsiyyət üçün yaxşı zamandır. Həm köhnə tanışlarla, həm də ilk dəfə gördüyünüz insanlarla yaxşı münasibət quracaqsınız. Əvvəllər təbiətən rəsmi xarakter daşıyan münasibətlər indi daha səmimi rəng alacaq.

Şir - Görəcəyiniz çox işlər var. İntuisiyanızı dinləyin: əvvəlcə nəyin öhdəsindən gələcəyinizi sizə xəbər verəcək. Bəzi vacib “kəşf”lər, maraqlı düşüncələrə səbəb olacaq uğurlu təsadüflər də istisna edilmir. Qəti qərarlısınız və sürətli hərəkət etməyə hazırsınız. Çox vaxt bu, rəqiblər üzərində üstünlük qazanmağa kömək edir.

Maliyyə məsələləri ilə məşğul olanda diqqətli olmalısınız. Gün pul riski, şübhəli sövdələşmələr bağlamaq üçün uyğun deyil. Alış-verişə tələsməsəniz, daha yaxşı olaq. Ulduzlar indi aşiq olan Şirləri xüsusilə dəstəkləyəcəklər. Bürcün sevən nümayəndələrini çox xoş anlar gözləyir.

Qız - Gün bir çox yeni, maraqlı və faydalı biliklər qazanmaq şansı verir. Bu fürsəti qaçırmayın: bu gün əldə edəcəyiniz bütün məlumatlar qısa müddət sonra lazımlı olacaq. Qeyri-adi tanışlıqlar mümkündür. Yaxşı təsir bağışlayırsınız. Təsadüfi bir söhbətdən sonra çox cazibədar bir iş təklifinin gəlməsi mümkündür.

Günortadan sonra əhəmiyyətli bir pul axını vəd edir və maliyyə məsələləri üçün yaxşıdır. Ciddi əhvaldasınız; bu, ehtiyatsız hərəkətlərdən və israfçılıqdan qoruyur.

Tərəzi - Gün çətinliksiz keçməyəcək, amma sizi qorxutmayacaq. Ciddisiniz və istədiyiniz nəticələri əldə etmək üçün səy göstərməyə hazırsınız. Sizi dəfələrlər dəstəkləyən insanlar yenidən kömək təklif edəcəklər; imtina üçün heç bir səbəb yoxdur. Yəqin ki, məmnuniyyətlə qəbul edəcəyiniz faydalı iş təklifləri olacaq.

Günün ikinci yarısı sizə bir az dincəlmək, nəfəs almaq və ruh yüksəkliyi qazanmaq imkanı verəcək. Bu vaxt xoş görüşlər və maraqlı tanışlıqlar mümkündür ki, bu da romantik bir davam alacaq. Uzaqdan yaxşı xəbərlər almağınız mümkündür.

Əqrəb – Tam sakit keçməsə də, yaxşı bir gündür. Planlarınızı dəyişdirməyə, bəzi işlərinizi başqalarına həvalə etməyə məcbur edəcək gözlənilməz xəbərlər ala bilərsiniz. Başqaları ilə anlaşmaq həmişə asan olmur; əvvəllər yaxşı münasibət qurduğunuz insanlarla mübahisə etməyiniz mümkündür.

Ancaq bütün problemlər həll edilə bilər, buna qətiyyən şübhə etmirsiniz və düzgün düşünürsünüz. Gün müsbət atmosferdə bitəcək. Axşam,təxəyyülünüzün coşmasına imkan verən hər cür fəaliyyət üçün uyğundur. Yaradıcılıq sevinc gətirəcək, çox müsbət emosiyalar verəcək.

Oxatan - Maraqlı düşüncələr və cəsarətli planların günüdür. Tamamilə yeni hədəflərə çatmaq üçün planlarınızı kökündən dəyişdirmək, əvvəllər başladığınız işdən imtina etmək istəməyiniz mümkündür. Asan olmayacaq, amma siz də məyus olmayacaqsınız. Qeyri-adi görüşlər, sizə güclü təsir bağışlayacaq tanışlıqlar çox güman.

Gün maliyyə baxımından çox uğurludur, nağd pul daxilolmalarının ehtimalı böyükdür. Bəzi Oxatanlara köhnə borcları qaytarılacaq. Uğurlu alışlar mümkündür. Bazarlıq zamanı yaxşı seçimlər edəcəksiniz.

Oğlaq - Tələsməyin. Bu, ehtiyat və uzaqgörənliyin ən yaxşı dostlar olduğu günlərdən biridir. Mürəkkəb vəziyyətlərdə soyuqqanlı qalmağı bacarmalısınız. Başqaları narahat olsa da, düşünülmüş qərarlar verəcəksiniz və onlar tamamilə doğru çıxacaq. Təəccüblü deyil ki, ətrafınızdakı insanlar ardınca məsləhət almaq üçün sizə müraciət edəcəklər.

Qeyri-bərabər və gərgin inkişaf etmiş münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişə bilər. Bu sizin xidmətiniz olacaq: çox mürəkkəb bir xarakterə sahib olanlara belə uyğun bir yanaşma tapacaqsınız.

Dolça - Səhər xoşagəlməz məqamların qarşısını almaq mümkün deyil. Bəzi Dolçalar heç onlar üçün maraqlı olmayan məsələləri müzakirə etməli olacaqlar; digərləri isə xoş olmayan əhatədə xeyli vaxt sərf etməli olacaqlar. Ancaq bütün bunlar bürc nümayəndələrinin yaxşı əhval-ruhiyyə və nikbinliyini qorumasına mane olmayacaq.

Günortadan sonra vəziyyət kəskin şəkildə yaxşılığa doğru dəyişəcək. Yeni, maraqlı və faydalı bir şey etmək imkanınız olacaq. Axşam romantik görüş üçün əlverişlidir.

Balıq - Gün yaxşı alınacaq. Ulduzların dəstəyi ilə cəsarətli planları, çoxdan ortaya çıxan, lakin riskli görünən fikirləri həyata keçirmək mümkün olacaq. İstəsəniz, asanlıqla köməkçilər tapa bilərsiniz, ancaq özünüz də təkbaşına yaxşı nəticələr qazana bilərsiniz. Unutmayın ki, təkəri yenidən kəşf etməkdənsə, sübut edilmiş üsullarla hərəkət etmək daha uöurlu yoldur.

Günortadan sonra bəzi gərgin anlar mümkündür, məsələn, yaxınlarınızla kiçik fikir ayrılıqları ola bilər. Amma vəziyyət sürətlə düzələcək. Hər kəsin maraqlarını nəzərə alaraq başqalarının fikirləri ilə səmimi qəlbdən maraqlanacaqsınız və insanlar bunu qiymətləndirəcəklər.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »