Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyulun 5-nə olan hava proqnozu
Günəş

İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Bizimyol.info"ya verilən məlumata görə, cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-38 isti, Bakıda gecə 24-26 isti, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün zəif və mülayim tərəddüdü gözlənilir.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27 isti, gündüz 35-40, bəzi yerlərdə 42 isti, dağlarda gecə, 15-20 isti, gündüz 26-31 dərəcə isti olacaq.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »