Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
13 ölkədən nümayəndələrin iştirakı ilə 2-ci ABB Regional Hakatonu başlandı
ABB_hakaton_03.07.21

Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji tərəfdaşlığı ilə keçirilən 2-ci ABB Regional Hakatonunun bu gün açılışı olub.

Hakatonda iştirak üçün Azərbaycandan başqa 13 ölkədən müraciətlər təqdim edilib. Müraciəti qəbul olunan 250-ə yaxın iştirakçıdan 30-dan çox komanda formalaşdırılıb. Hakatona Türkiyədən, Gürcüstandan, Ukraynadan, Qazaxıstandan, Rusiyadan, Kanadadan, Almaniyadan, Macarıstandan, Çindən, Hindistandan, Cənubi Afrika Respublikasından, Belçikadan, Lüksemburqdan iştirakçılar qatılıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Hakatonda ayrı-ayrı ölkələrdən olan müxtəlif təhsilli insanlara iştirak imkanının yaradılmasını təqdir edərək vurğulayıb ki, müxtəliflik innovativliyin vacib amilidir. Nazir innovativ mühitin üç qatdan ibarət piramida kimi təsəvvür edildiyini diqqətə çatdırıb. Sağlam idarəetmə sistemi, elm və texnologiyalara əsaslanan sənaye və real biznes problemlərini həll edən ixtiralar, eləcə də davamlı startap ekosistemi bu piramidanın mühüm qatlarıdır:

“Belə bir Hakatonun keçirilməsi təşəbbüsü innovativ ideyalara malik istedadlı gənclərə dəstək olmaqla yanaşı, ölkəmizdə innovasiya ekosisteminin inkişafına da təkan verir. Həm problemlərin həllinə bu yanaşma, həm də tədbirin əsasını təşkil edən ana xətt Azərbaycanda innovasiyaya baxışımızla üst-üstə düşür”.

Rəşad Nəbiyev Azəbaycan Beynəlxalq Bankı ilə bu cür faydalı layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə qeyd edib ki, bu ideya marafonu Bankın ölkəmizdə innovasiyaların inkişafı istiqamətində gördüyü işlərin tərkib hissəsidir:

"Ötən ilin əvvəlində ilk ABB Regional Hakatonunu uğurla keçirdik. Hakatonda iştirak edən komandalardan bir neçəsini sonradan yaratdığımız ABB İnnovasiya Mərkəzinə də cəlb etdik. Onlar Mərkəzimizin ilk rezidentlərindən oldular. Əminəm ki, ikinci hakatonumuzun bir çox iştirakçıları ilə də elə bu gündən uzunmüddətli faydalı tərəfdaşlıqlarımız başlanacaq. Azərbaycan Beynəlxalq Bankı olaraq biz hər zaman istedadların yanındayıq".

Abbas İbrahimov bildirib ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq ruhunu özünün əsas korporativ dəyərlərindən kimi müəyyənləşdirib. Sahibkarlıq ruhuna sahib hər kəs həmişə inkişaf üçün yeni imkanlar axtarışındadır:

“Biz də innovasiyaları bugünkü və gələcək fəaliyyətimiz üçün böyük imkanlar kimi görürük. İstedadlara dəstək verərək, tərəfdaşlarımızla birgə ümumi inkişaf ekosistemi quraraq bu məqsədə nail olmaq istəyirik”.

2-ci ABB Regional Hakatonunun əsas istiqamətləri pərakəndə xidmətlər üzrə açıq innovasiyalar, müştəri məmnuniyyəti və loyallıq həlləri ilə bağlı olacaq.

Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 3000, 2-ci yerin qalibi üçün 2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat nəzərdə tutulub. Xüsusi seçilmiş layihələrə strateji partnyor olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub.

İştirakçı irəli sürdüyü ideyanın pərakəndə xidmətlər sahəsinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Layihələrin ABB İnnovasiya Mərkəzində inkubasiyasına şərait yaradılacaq. Seçilmiş layihələrin müəllifləri layihələrini Azərbaycan Beynəlxalq Bankı ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »