Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə polisi “Lotu Quli”nin qətlində Rövşən Lənkəranskinin qardaşını şübhəli bilir
Avtoritet - Qanuni oğru

Xəbər verildiyi kimi, Türkiyə polisi “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlində əli olan cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirib.

Eyni zamanda dörd əyalətdə keçirilmiş xüsusi əməliyyat zamanı tanınmış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevə yaxın olan şəxslər saxlanılıb.

Polis jurnalistlərə Nadir Səlifovun qətlə yetirilməsindən dərhal sonra şübhəlilərin hoteldən qaçdığı videogörüntüləri təqdim edib. Türkiyə KİV-in məlumatına görə, Namiq Canıyevin saxlanılmasına dair xüsusi əməliyyat başlanıb. Qeyd edək ki, N. Canıyev Azərbaycan Dövlət Gömrük Komitəsinin Keşlə yük stansiyasının gömrük postu rəisi vəzifəsində çalışıb, gömrük polkovniki rütbəsi daşıyıb.

Türkiyə KİV-ləri xatırladır ki, “Lotu Quli” Rövşən Lənkəranskinin qətlinin sifarişçisi hesab olunurdu.

“Lotu Quli”nin özü ötən ilin avqustunda Antalyada otellərin birində güllələnib. Onu yaxın adamı Xəqan Zeynalov (Xan Əhmədlinski) qətlə yetirib. O, hadisə yerindən qaçıb gizlənməyə cəhd göstərərkən saxlanılıb.

Səs-küylü cinayətdən dərhal sonra belə bir versiya ortaya çıxdı ki, “kriminal kral”ın aradan qaldırılmasının arxasında Azərbaycanın digər kriminal avtoriteti – 2016-cı ildə qətlə yetirilmiş Rövşən Lənkəranskinin klanı dayanır.(virdualaz.org)

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »