Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan yeni reallıqları görməyə məcburdur, əks halda...
Nurlan Qələndərli

“Adı dövlət terrorizmi və işğalçılıq siyasəti anlayışları ilə assosiasiya olunan təcavüzkar Ermənistan xalqımıza qarşı çoxlu sayda cinayət əməlləri, vandalizm aktları törədib. Müxtəlif dövrlərdə bu ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycan əleyhinə terror və təxribat hərəkətlərinə yol verməklə həm beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub, həm də regional təhlükəsizliyə ciddi təhdidlər yaradıb”.

Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsindəki cinayət işində də Ermənistanın hərbi-siyası rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı cinayət əməllərinin, ölkəmizə qarşı terrorçuluq, təxribat hərəkətlərinin təkzibedilməz faktlarla tam sübuta yetirildiyini xatırladan politoloqun sözlərinə görə, bütün bunlar həm də erməni yalanlarının ifşası baxımından əhəmiyyətlidir: “Məhkəmədə təqsirləndirilən şəxslərin ifadələrinə nəzər salsaq, görərik ki, ermənilər tərəfindən döyüşənlər yalnız hədə-qorxu, şantaj və təhdid vasitəsilə orduya cəlb edilənlərdir. Bu, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin cinayətkar mahiyyətini bir daha aşkar edir”.

44 günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistanın mövcud reallıqlardan ciddi dərs almalı və nəticələr çıxarmalı olduğunu deyən Nurlan Qələndərli vurğulayıb: “Bu ölkənin hərbi-siyasi rəhbərliyi reallıqları düzgün qiymətləndirməli, təxribatlar vasitəsilə nəyəsə nail olmaq şanslarının olmadığını anlamalıdır. Həmçinin yeni reallıqlara adekvat davranış sərgiləməli, təhlükəsizliyə təhdid yaradan hərəkətlərdən və dağıdıcı iddialardan əl çəkməlidir. Əks halda, bu ölkə yeni faciə və fəlakətlərlə üzləşəcək”.

İlhamə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »