Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkillərin 500 manatadək cərimələnməsini nəzərdə tutan maddənin yekun variantı açıqlanıb
Milli Məclis

Mülki Prosessual Məcəlləyə təklif edilən və vəkillərin narazılığı ilə qarşılanan yeni - 174.5-ci maddənin üçüncü oxunuşda təklif olunan yekun variantı məlum olub.

APA-nın məlumatına görə, Milli Məclisin iyulun 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq layihəyə əsasən, məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən ediləcək.

Xatırladaq ki, təklif edilən 174.5-ci maddənin ilkin variantına əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilərdi.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanunvericilik təşəbbüsü ilə çıxış edən orqanla razılıq əldə olunduğunu və maddədə dəyişiklik edilərək yeni variantda təqdim olunacağını bildirmişdi. O, maddənin yeni variantının məhkəmə prosesində dövlət ittihamçısı qismində çıxış edən prokurorların da bu hallarda cərimələnməsini nəzərdə tutacağını qeyd etmişdi.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »