Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil Nazirliyi MİQ imtahanlarında iştirak edəcək namizədlərə müraciət edib
Təhsil Nazirliyi

Təhsil Nazirliyi MİQ imtahanlarında iştirak edəcək namizədlərə müraciət edib.

Nazirlikdən Bizimyol.info-ya verilən xəbərə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu. İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.

Namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib.

Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış olmaları xahiş olunur.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »