Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdəki keçmiş Baş prokurorun vəziyyəti pisləşib, DTX-nın hospitalına köçürülüb
Eldar Həsənov

Hazırda həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun səhhətindəki problemlər kəskinləşib. Sabiq səfir iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülüb.

Bizimyol.info xəbər verir ki, bu haqda məlumatı Eldar Həsənovun vəkili Cavad Cavadov təsdiqləyib. Vəkil bildirib ki, Eldar Həsənovun durumu ağırdır, onun ciddi müalicəyə, hətta ola bilsin, bir yox, bir neçə cərrahiyyə əməliyyatına ehtiyacı var.

Vəkilin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi də Eldar Həsənovun təcili xəstəxanaya köçürülməsi, ona lazım olan tibbi yardımın göstərilməsilə bağlı mayın 7-də qərar qəbul edib. Lakin həmin qərar icra olunmayıb. Ona görə Avropa Məhkəməsi iyunun 23-də bu məsələ ilə bağlı əvvəlki qərarını daha kəskin formada təkrarlayıb.

“Avropa Məhkəməsi Təcili olaraq Eldar müəllimin stasionara yerləşdirilməsini tələb etdi. Lakin sonuncu qərarın da icrası bu günə qədər ləngidildi. Yalnız bu gün Eldar müəllim xəstəxanaya köçürüldü. Nəticədə, onun səhhəti bu müddətdə daha da ağırlaşdı. Yaxın vaxtlarda onu ola bilər ki, bir yox, bir neçə ağır əməliyyat gözləyir”, - deyə vəkil bildirib.

Eldar Həsənovun onun həyatda qalması üçün indiyədək atılan addımlara görə DTX-nın İstintaq Təcridxanasının əməkdaşlarına, o cümlədən tibb heyətinə təşəkkür etdiyini deyən vəkil ümid edir ki, keçmiş səfirin vəziyyətinin ağırlığı nəzərə alınaraq, onun barəsində həbs qətimkan tədbiri də dəyişəcək.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra – 2001-ci ildə Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. 2013-cü ilin avqustunda - elə bu vəzifədə işləyərkən Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham irəli sürülüb. O, ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »