Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova Azərbaycanı dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edib
Sahibə Qafarova

İyulun 2-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən APA-ya verilən xəbərə görə, spiker Azərbaycanın dost Qırğızıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib.

Qeyd edilib ki, xalqlarımız arasındakı mədəni və mənəvi yaxınlıq münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır. Tarixən mövcud olan əlaqələrimiz ölkələrimiz müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın dərinləşməsində əhəmiyyətli rol oynayır. İqtisadi sahədə də yüksək nailiyyətlər əldə etmək üçün potensial imkanlar mövcuddur.

Sədr 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarını azad etdiyini və bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini özü yerinə yetirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Qarabağda işğaldan azad olunmuş ərazilərdə bütün mülkü infrastruktur, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb: “Bu dağıntıları ancaq Xirosima ilə müqayisə etmək olar. Münaqişənin artıq həll edilməsinə baxmayaraq, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Burada aparılan bərpa, quruculuq işlərinə mane olmaq, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması prosesini ləngitmək məqsədi ilə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tələblərini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan həmçinin sərhəddə təxribatlar törədir, azad olunmuş ərazilərə terrorçu qrupları göndərir. “Hərbi əsirlər” məsələsində beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.

Spiker Azərbaycan həqiqətlərini dəstəklədiklərinə görə Qırğızıstan tərəfinə öz minnətdarlığını ifadə edib.

Söhbət zamanı Sahibə Qafarova bildirib ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf etməkdədir. O, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Onların fəaliyyəti barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, beynəlxalq təşkilatlar çərçivəsində deputatlarımızın mütəmadi görüşləri ümumi mənafelərə xidmət edir. Sədr TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Ruslan Kazakbayev ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib.

Bildirilib ki, Azərbaycan Qırğızıstan üçün önəmli ölkədir. Ruslan Kazakbayev bəşəriyyətin bəlasına çevrilmiş pandemiya ilə əlaqədar Azərbaycanın onun ölkəsinə etdiyi humanitar yardıma görə minnətdar olduqlarını deyib. Söhbətdə o, parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsinin həyatın digər sahələrinə də öz müsbət təsirini göstərəcəyinə əmin olduğunu söyləyib.

Sonra tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Görüşdə Milli Məclisin komitə sədri, Qırğızıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, komitə sədri Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »