Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyavuş Novruzov: Məhkəmələr insanları qorumalıdır, biz isə  məhkəməni qoruyuruq
Siyavuş Novruzov

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında  "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov bildirdi ki, qanunda vətəndaşın şikayətinə baxmayıb məhkəmə prosesini qəsdən uzadan hakimlərə cərimə tətbiq edilməlidir. "Məhkəmə daha çox cərimə tətbiq etməklə, daha çox əməkhaqqı almasına nail olacaq. Bu da ancaq məhkəmələrin marağına xidmət edir",- deyə o bildirib.

Millət vəkili bildirdi ki, bir çox hallarda hakimlər qəsdən məhkəmə prosesini uzadır  və məqsəd  aşağı instansiyadan yuxarı stansiya məhkəmələrə müraciəti  gecikdirməkdir.

"Yəni məhkəmələr məhkəmə prosesində süni əngəllər törətməklə, vətəndaşların hüquqlarını pozurlar. Amma məhkəmələrin hüquqları pozması ilə cərimələr nəzərdə tutulmur. Burada bitərəfli olaraq məhkəmələrin hüquqlarını təmin edən qanunu müzakirə edirik. Amma hesab edirəm ki, burada qanunu pozan məhkəmələrin də cərimə olunması öz əksini tapmalıdır. Məhkəmələr yaradılıb ki, insanların hüquqlarını qorusun, biz isə burda məhkəmələrin hüququnu qoruyuruq. Qanuna nəzərdə tutulan dəyişiklik hakimlərə daha çox cərimələr tətbiq etməyə sövq edəcək ", - S. Novruzov qeyd edib.

İlhamə

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »