Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə “Lotu Quli”nin qətlinə görə 4 nəfər həbs olunub
Həbs

Türkiyə polisi bu gün “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətli ilə bağlantısı olan cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, eyni vaxtda dörd bölgədə keçirilən xüsusi əməliyyat zamanı dörd şübhəli saxlanılıb.

Saxlanılanların “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin adamları olduğu bildirilir. Verilən məlumata görə, onların hamısının xarici ölkə vətəndaşlarıdır.

Polis saxlanılan şübhəlilərin ötən ilin avqustunda “Lotu Quli”nin öldürülməsinin ardınca cinayətin törədildiyi oteldən necə qaçdıqlarına dair görüntüləri də onların yaxalanmasının görüntüləri ilə birlikdə mətbuata təqdim edib. Namiq Canıyevin yaxalanması üçün əməliyyatın isə davam etdiyi bildirilir.

Türkiyə KİV-ləri xatırladır ki, “Lotu Quli” 2018-ci ilin avqustunda İstanbulda “Rövşən Lənkəranski”nin güllələnməsinin sifarişçisi hesab edilirdi.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »