Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibəyə könüllü getmiş məhkəmə işçisi təltif olundu
İlham Əliyev

Məhkəmədəki rahat iş yerini səngərə dəyişən Rasim Ağazadə kimdir?

44 gün davam edən İkinci Qarabağ müharibəsi, bütün dünyaya sübut etdi ki, bu xalqın nə qədər mərd ərənləri, igid qəhrəmanları var. Bir an belə tərəddüd etmədən düşmənlə üz–üzə gələn Vətən oğulları, bu torpaq üçün canından-qanından keçdi. Bir yumruq kimi birləşən xalqımız, istər ön cəbhədə, istər arxa cəbhədə Vətənin müdafiəsinə qalxdı. Hər kəsin tək arzusu, tək amalı ərazi bütövlüyümüzü təmin etmək idi. Minlərlə vətənpərvər gənc, könüllü olaraq cəbhəyə yollandı. Hərb meydanında düşmənə göz dağı verən müzəffər ordumuz, düşmən üzərində qələbə qazandı.

Rasim Ağazadə Rasim Ağazadə

Şəhidlərimizin qanı ilə yoğrulmuş bu torpaqlar düşməndən azad edildi və şəhidlərimizin qisası alındı. Tarixə silinməz izlər qoyan qalib ordunun qalib əsgərləri təkcə öz həyat səlnaməsini deyil, Azərbaycan tarixini yenidən yazdı. Bu yurdun yetişdirdiyi qəhrəman oğullardan biri də Astara rayon Kijəbə qəsəbə sakini Ağazadə Rasim Söhrab oğludur. Hər zaman vətənpərvərliyi , qorxmazlığı ilə seçilən qəhrəmanımız Astara rayon məhkəməsində çalışır. O, vəzifəsindən və kimliyindən asılı olmayaraq, Vətənin dar günündə ordumuza dəstək olub. Astara rayon məhkəməsində katib işləyən Rasim öz rahat iş yerini düşünmədən soyuq səngərə dəyişdi, Qarabağın azadlığı uğrunda savaşan, şanlı tariximizin real iştirakçısı olan Rasim 44 günlük Vətən müharibəsinə könüllü olaraq yollanıb. O, düşməndən qisas almağı qarşısına məqsəd qoyub və mərd oğullarımız kimi düşmənin gözünə dik baxıb. Ağdam uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə qəhrəmanımız Dövlət tərəfindən yüksək qiymətləndirilib; Prezident İlham Əliyevin sərəncamına əsasən, o, “Ağdamın işğaldan azad olunmasına görə” medalı ilə təltif olunub.

Saytımızın adından Rasimin simasında bütün Vətən müharibəsi iştirakçılarını tarixi qələbəmiz münasibətilə təbrik edirik. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımıza rəhmət, qazilərimizə Allahdan şəfa diləyirik.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »