Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan 1918-ci il sərhədlərinin bərpasını tələb etməlidir”
Zəngəzurun Mehri şəhəri

Rusiya prezidenti Vladimir Putin SSRİ vaxtında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin şərti olduğunu bildirdi və indi onun müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasına yardım edəcəklərini vurğuladı.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Putinin bu açıqlamasını Bizimyol.info-ya şərh edən zaman bildirib ki, Putin delimitasiya və demarkasiya prosesində iki ölkə arasında problemin davam etməsində maraqlı görünür.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Azərbaycan və Ermənistan arasında SSRİ vaxtında tikanlı məftil olmasa da, şərti sərhədlərin haradan keçdiyi, eləcə də iki ölkənin hüdudları müəyyən edilmişdi. Putinin bu fikirləri isə Ermənistanın iddialarına xidmət edir. Əgər belədirsə, o zaman Azərbaycan 1918-ci il sərhədlərinin bərpasını tələb etməlidir. Onda Zəngəzur və böyük bir ərazilər Azərbaycana məxsusdur”.

Siyasi şərhçinin sözlırinə görə, əgər Rusiya sərhədlərin delimitasiyasında vasitəçi olacaqsa, bu zaman problem davam edəcək.

“Ona görə də Azərbaycan rəsmi şəkildə Ermənistana ikitərəfli danışıqlar aparmağı təklif edib. Heç bir ölkənin vasitəçiliyi olmadan danışıqlar aparılarsa, o zaman proses uğurla yekunlaşacaq. Amma Ermənistanın bu təklifi qəbul edəcəyi gözlənilmir.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »