Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərid Şəfiyev: “Ermənistan Zəngəzur dəhlizinə dair öhdəlik götürüb”
Fərid Şəfiyev

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çox önəmlidir”.

Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Zəngəzur dəhlizinin regiondakı nəqliyyat-kommunikasiya xətlərinə mümkün təsirləri” adlı vebinarda Qazaxıstanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Xətti Beynəlxalq Assosiasiyasının baş katibinin müavini Leila Batırbekova deyib.

O bildirib ki, Qazaxıstan neftinin bir qismi, metal yüklər Trans-Xəzər marşrutu ilə daşınmaqdadır: “Pandemiya dövründə bu marşrutü üzrə yükdaşımalar dayanmayıb. 2021-ci ilin ilk 5 ayında bu marşrutla daşımalar 2 dəfə artıb. Biz bu il 30 min konteynerin daşınmasını gözləyirik. Aktau və Bakı arasında iki gəmidən istifadə olunur. Bu sahədə tələbat olsa, əlavə gəmilər cəlb olunacaq”.

L.Batırbekova qeyd edib ki, yaxın bir ay ərzində tərəfdaşlarla görüş gözlənilir: “Bakı limanının eko-sertifikat alması istiqamətində iş gedir. Qazaxıstan limanları ilə bağlı da bu istiqamətdə addımların atılması yaxşı olar”.

L.Batırbekova nəzərə çatdırıb ki, Zəngəzur dəhlizi ilə bağı aktiv iş gedir: “İqtisadi əlaqələrin inkişafı baxımından əlaqələrimizin inkişaf edəcəyinə inanıram”.

Türkiyə Avrasiya Araşdırmaları Mərkəzinin baş analitiki Kərəm Tuncel qeyd edib ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda böyük dəyişikliklərə səbəb ola bilər: “Zəngəzur dəhlizi Azərbaycan-Naxçıvan və Azərbaycan-Türkiyə arasında məsafəni xeyli azaldacaq, daha qısa marşrutdur. Zəngəzur dəhlizinin əhəmiyyəti tək Türkiyə və Azərbaycanla məhdudlaşmır, Rusiya-İran iqtisadi əlaqələrinin təmini baxımından da əhəmiyyətlidir. Bu dəhliz Ermənistan, Gürcüstan və İran üçün əlavə imkanlar yaradır. Gürcüstan İrana marşrut əldə etmiş olacaq. Gürcüstanın Azərbaycan üzərindən İranla əlaqəsi daha etibarlı olacaq. Gürcüstanla Rusiya arasındakı problem səbəbindən Ermənistan Gürcüstan üzərindən Rusiya ilə birbaşa effektiv quru əlaqəsi yarada bilmir. Bu baxımdan Zəngəzur dəhlizi Ermənistan-Rusiya əlaqələrinin təmini baxımından da əhəmiyyətli olacaq. Region ölkələrinin qarşılıqlı asılılığı əməkdaşlığın gələcəkdə də inkişafına, münasibətlərin daha da normallaşmasına gətirib çıxaracaq. Bu dəhliz siyasi və iqtisadi baxımdan rentabellidir”.

K.Tuncel “Şərq-Qərb” dəhlizinin də əhəmiyyətinə diqqət çəkib: “Bu dəhlizin bir hissəsi olan Mərkəzi Asiya dəhlizi “Orta Koridor” adlanır. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü fonunda “Orta Koridor”un inkişafı Xəzərin şərqində daşımaların artmasına səbəb olacaq. Nəqliyyat-kommunikasiya xətəri baxımından Rusiya-Çin rəqabətini unutmamalıyıq. Bu baxımdan Rusiyanın Zəngəzur dəhlizinə dəstək verib-verməməsi aktualdır. Digər tərəfdən, Zəngəzur dəhlizi Ermənistan üçün kifayət qədər faydalı olacaq”.

BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı üzərinə öhdəlik götürdüyünü vurğulayıb: “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu maddəsində və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatda Ermənistan bu koridorla bağlı üzərinə öhdəlik götürüb. Buna koridor da, keçid də demək olar. Ermənistan Azərbaycan və Naxçıvan arasında keçidin təmin ediləcəyinə dair öhdəlik götürüb. Azərbaycan Laçın dəhlizi üzərindən kommunikasiyaları açıb. Öhdəliklər ikitərəflidir və Ermənistan da öhdəliyinə əməl etməlidir. Ancaq biz hazırda Ermənistanda bu məsələnin kifayət qədər siyasiləşdirildiyini görürük”.

F.Şəfiyev 7 il əvvəl Avropa İttifaqının Mehri dəmir yolunun perspektivinin araşdırılması ilə bağlı layihə həyata keçirdiyini xatırladıb: “2013-cü ildə Azərbaycanın torpaqları işğal altında olduğu üçün bunu həyata keçirə bilməzdik, bu gün isə torpaqlarımız işğaldan azad edilib və bu layihəni həyata keçirmək imkanı var”.(apa)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »