Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qazın qiyməti niyə artmasın?” deyən teleaparıcı "paralel dünya"da yaşayır...
Lalə Azərtaş

İyunun 30-da Tarif Şurasının qazın qiymətini qaldırması əhali arasında narazılıqlara səbəb oldu. Elə bu narazılığın hökm sürdüyü vaxtda, teleaparıcı Lalə Azərtaşın qazın qiyməti ilə bağlı səsləndirdiyi fikirlər insanları lap özündən çıxardıb. Belə ki, teleaparıcı çıxışı zamanı bildirib ki, qiymət artımı bir azca cibinizi də yaracaq, çünki günahkar və suçlu bəllidir, məlumdur. Bu, pandemiyadır.

Daha sonra aparıcı pandemiyanın yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrindəki ayrı-ayrı istehlak məhsullarının istehsal həcminin aşağı düşməsi, dünya iqtisadiyyatına və təbii ki, beynəlxalq bazarlara öz təsirindən danışıb: “Son 1 ildə dünya bazarındakı bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artdı. İndi soruşuram, qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin”,- deyə aparıcı bildirib.

Aparıcının bu fikirləri nə üçün və hansı məqsədlə söylədiyini deyə bilmərəm, amma görünür, xanım bizim yaşadığımız şərtlərdə yaşamır. Bəlkə də paralel dünyada yaşçayır. Əgər bizim Azərbaycanın kütləvi reallıqları şəraitində yaşasaydı, qışda qaz pulu çatdıra bilməməyin, həftənin o başı, bu başı balans yükləməyin, günəşin azca işartısını görən kimi qazın "xod"unu almağın nə demək olduğunu bilərdi. 21-ci əsrdə yaşayırıq, amma regionlarda qaz çox yazır deyə, hələ də odun yandırıb his iyi verən sobalarda qızınmağa çalışan insanlar var.

Yaydır, başa düşdük, bəs bunun qışı necə olacaq? Məgər qış gələndə qiymətlərdə azalma müşahidə ediləcək? Reallığı görə-görə insanları bu formada axmaq yerinə qoymaq nəyə lazımdır? Mürəbbə bişirmək məsələsinə gəldikdə isə inanın ki, insanların bu bahalıqda nə meyvə almağa, nə də qazdan istifadə edib bişirməyə gücü çatacaq. Bu gedişlə mürəbbə bişirmək də bir çox digər ədətlər kimi tarixə qoşuşacaq.

Qazın qiymətinin qalxmasını şərh edən heç bir ekspertdən eşitmədik ki, bu pandemiya ilə əlaqəli ola bilər. Hamısı çox açıq və net bildirirlər ki, bu bahalaşma tamamilə yanlış addımdır. Bəs siz nədən bu qədər dəstəkləyirsiniz qiymət artımını? Axı 44 günlük Qarabağ yürüşü zamanı fəaliyyətinizlə gözümüzdə o qədər qalxmışdınız ki, sizə inamımız sonsuz idi. İnsanların bu inam və güvənini yerə vurmağa dəyərmiydi?

Yeri gəlmişkən, elə teleaparıcının nəzərdə tutduğu həmin dövrdə dünyada benzinin qiyməti kəskin aşağı düşmüşdü, amma Azərbaycanda bunun şahidi olmadıq. Əksinə qiymət artımı baş verdi. Niyə benzinin qiyməti düşməsin ki?..

Leyla Mirzə

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »