Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fəxrəddin Altundan çıxışını silən YouTube-a reaksiya… - Foto
Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Şəhid Diplomatlar” sərgisindəki çıxışının YouTube tərəfindən “nifrət nitqi” bəhanəsi ilə silinməsinə reaksiyasını bildirib.

F.Altun Twitter hesabındakı paylaşımında Youtube tərəfindən silinən çıxışına yer verib.

“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, “Şəhid Diplomatlar” sərgisindəki çıxışım YouTube tərəfindən senzuraya məruz qalıb. Çıxışda guya nifrət nitqi varmış. Xahiş edirəm, dinləyin və özünüz qərar verin. Bu ikili standartdır, bu riyakarlıqdır. İslama və müsəlmanlara qarşı nifrət nitqinə məhəl qoymayan, terror təşkilatlarının təbliğatına asanlıqla yer verən YouTube türk diplomatlarımızı şəhid edən qatil terrorçular haqqında söylədiklərimizi nifrət cinayəti (?) sayır.

Xoşunuza gəlsə də, gəlməsə də hər fürsətdə terrorizmin dilinin, dininin və irqinin olmadığını söyləyəcəyik. Hər sahədə olduğu kimi media və rabitə sahəsində də yerli və milli platformalara ehtiyacımız olduğunu bir daha gördük. Yaşasın həqiqət!”, - deyə o qeyd edib.

Bizimyol.info F.Altunun Twitter hesabındakı paylaşımına aid görüntünü təqdim edir:

Bizimyol.info

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »