Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Türkiyə-Azərbaycan əməkdaşlığından narahatdırmı...
Mövlud Çavuşoğlu - Sergey Lavrov

“Türkiyə və Rusiya XİN rəhbərlərinin bugünlərdə keçirilən Qarabağ müzakirəsi də maraqlı açıqlamalarla yadda qalıb. Açıqlamalar görüşün və münasibətlərin qaneedici səviyyədə olduğunu söyləməyə əsas verir. Çavuşoğlunun ikitərəfli münasibətlərdə ciddi problemin olmamasını deməsi bu qənaətə gəlməyimizə əsas verir. Hər iki dövlət, xüsusən də Rusiya anlayır ki, bu bölgədə sülh və sabitlik qarşılıqlı əməkdaşlıqdan, anlaşmadan keçir”.

Bu fikirləri  bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Cənubi Qafqazda, xüsusən də Azərbaycanla Ermənistan arasında münasibətlərin qaydaya düşməsində Rusiya və Türkiyə rəhbərləri növbəti dəfə maraqlı açıqlamalarla çıxış ediblər. Türkiyə daim bölgədə konstruktiv rol oynayan dövlət olub. Ona görə də diqqəti Rusiya rəsmilərinin açqıalamalarına cəlb etmək istərdik. Onların son bir neçə gündə verdiyi açılqamalar durumun daha da yaxşılaşacağına inam yaradır. Prezident Putinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsinin vacibliyi ilə bağlı fikirlərini təqdir etmək olar. Əgər Rusiya bu məsələdə səmimi yanaşma göstərsə, çox böyük irəliləyiş əldə etmək olar. Azərbaycan XİN, nazir Ceyhun Bayramov də ölkəmizin bununla bağlı mövqeyini çatdırıb. O, Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edib. Rəsmi Bakı beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında münasibətləri normallaşdırmağı dəfələrlə dilə gətirib. Ermənistandakı son seçkidən sonra bu prosesin sürətlənəcəyini gözləmək olar. Əgər Ermənistan daxilindəki radikallar prosesi pozmaq üçün hansısa qanundankənar üsullara əl atmasalar, sərhəd məsələsində durum müsbətə doğru gedə bilər. Bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün sərhədlərin qarşılıqlı tanınmasının alternativi yoxdur. Ermənistan bunu gec-tez anlayacaq, ya da Azərbaycan bunu ona anladacaq. Düşmən ölkənin üzərinə götürdüyü öhdəliklər ona anlaşmadan yayınmağa yer buraxmır”.

Ekspert qeyd edib ki,  bu məqamda ən çox uduzuan tərəflərdən biri Rusiya olacaq.

“Rusiyanın bəzi uzaqgörən siyasiləri bunu qəbul edir və vəziyyətdən çıxış yolu kimi Türkiyə ilə əməkdaşlığa üstünlük verirlər. Türkiyənin, o cümlədən də Azərbaycanın müttəfiqliyi, əməkdaşlığı daha etibarlıdır. Bunu dəfələrlə sınaqdan çıxan proseslər də sübut etdi. Rusiya Türkiyə-Azərbaycan formatına üstünlük verəcəyi halda qazanacağı çox şey olacaq. Yəqin elə buna görədir ki, Rusiya XİN-i Lavrov Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin 3+3 formatda regionun inkişafına yardım mexanizmi yaratmaq təklifini dəstəkləyib. Bölgənin problemlərini bölgə dövlətləri həll etməlidir. Bölgənin inkişafı bölgə dövlətlərinin anlaşmasından, sülh içində yaşamasından keçir. Rusiyanın və Ermənistanın bunu anlaması durumu dəyişdirəcək. 3+3 formatı mümkün əməkdaşlığın uyğun variantıdır. Bakı ilə Anakara arasında Şuşada imzalanan Bəyannaməyə də Rusiya sakit reaksiya verib. Hər halda Lavrovun açıqlamasından bu qənaətə gəlmək olur. Bu bəyannamə haqqında Rusiyanın fikirləri o qənaəti yaradıb ki, Moskva bunun Türkiyə və Azərbaycanın daxili işi olduğunu qəbul edib. Bir çox müşahidəçilərin dediklərinin əksinə olaraq, Rusiya bu məsələyə o qədər də kəskin münasibət göstərmədi. Böyük ehtimalla Çavuşoğlunun bu barədə verdiyi məlumatlar Rusiya tərəfini hələlik qane edib. Rusiya bu məsələdə gərginlik yaratmaqdansa Cənubi Qafqazda kommunikasiyaların açılmasına üstünlük verməkdədir. Bu cür gedişat bütün tərəfləri qane edən bir durum olmalıdır. Çünki qurulacaq əməkdaşlıqdan, normal münasibətlərdən hər kəs faydalanacaq”.

İlhamə

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »