Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antalyanın tarixi sirrlərlə dolu Perge şəhəri mediumun gözündən.. - Fotolar
Perge şəhərinin əsas küçəsi

Antalyanın tarixi sirrlərlə dolu Perge şəhəri medyumun gözündən...

Media-tur çərçivəsində güclü tarix bilgisiylə yanaşı, tarix ətirli Perge şəhərinə aid maraqlı hekayələrini də media işçiləriylə bölüşən Meltem Karamete, Pergenin mərkəzində dayanıb tarixi şəhəri seyr etdi və dedi:

"Mediuma inanırsınızmı? Mən şəxsən əvvəllər qəti inanmazdım. Ancaq bir qohumumun övladının "3-cü göz" sahibi olduğuna inanıram. Bu uşaq heyvandarlıqla məşğul olurdu. Fotoqrafiya ilə də maraqlanırdı. 16 yaşında olarkən daha əvvəl hiss etmədiyi bir çox fərqli xüsusiyyəti özündə dərk etməyə başlayıb.

6 ay mənimlə birgə qaldı. Bu əraziləri gəzdirərkən bəzi yerlərə xüsusi diqqət yetirib öz-özünə pıçıltı ilə danışırdı. Aqorada yanaşı iki dükanın qarşısında dayanıb buranın iki qardaşa məxsusluğunu və onlardan birində şəfalı bitkilərin, digərində dəniz məhsulları satışının olduğunu dedi. Hətta yanaşı duran bu iki dükanın sahibi olan qardaşların birinin uzun, o birinin qısa boya sahib olduğunu dedi.

Perge şəhəri Aqorasında əczacı Perge şəhəri Aqorasında əczacı

Perge şəhəri Aqorasında balıqçı Perge şəhəri Aqorasında balıqçı

Sadəcə, bununla kifayətlənmədi. Aqoranın arxa tərəfinə boylandıqdan sonra: "Orada bir hadisə görürəm" dedi. Hadisənin nə olduğunu soruşduqda isə: Bu əraziyə iki dəfə gələn kral varmı? deyə soruşdu. Təsdiqlədim və Makedoniyalı İsgəndər olduğunu dedim. Əli ilə biraz uzaq məsafədəki yeri göstərib orada Makedoniyalı İsgəndərə sui-qəsd edildiyini dedi. Medium: "Amma sui-qəsdə cəhd edən şəxsi elə oradaca yaxalayıb yandırıblar" deyəndə mən deyəcək söz tapa bilmədim.

Perge şəhəri Aqora ətrafı

Təsəvvür edin ki, 25 ildir edirəm və belə bir hadisə haqda məlumat eşitməmişəm. Gənc medium, əsas küçənin digər ucundakı ərazidə də məni təəccübləndirməyə davam etdi. Uzaqdakı təpədə ağaclığı göstərib orada 9 nəfərin məzarı olduğunu dedi. Mən isə məzarlıq bölməsinin burada olmadığını, şəhərin digər tərəfində yerləşdiyini dedim. O isə israrla orada 9 nəfərin məzarının olduğunu iddia etdi.

Bir müddət sonra indi yaşlı olan bir rəhbər müəllimimiz bizimlə birgə buranı ziyarətə gəldi. Mən də burada olarkən, o uşağın iddialarını müəllimimizdən soruşdum. "Sui-qəsd hadisəsi yaşanıbmı?" sualını verdikdə müəllimim təsdiqlədi. Bu hadisəylə bağlı yeni qalıntılar tapdıqlarını və belə bir hadisənin yaşanması haqda sübutlarının olduğunu bildirdi. Hətta gənc medyumun göstərdiyi məzarlıq yeri haqda da sual verdim. Məzarlıqların şəhərin başqa tərəfində olduğunu bilsəm də, orada 9 nəfərin məzarının olduğuna dair iddiadan bəhs etdim. Müəllimimiz məzarlıqların uzaqda olmasına baxmayaraq, şəhərin bu hissəsində varlı təbəqə üçün uzun məzarlar ola biləcəyini dedi. Məni iddialarıyla təəccübləndirən gənc medium Ayvazla olan xatirələrimdən müəllimimizə bəhs etdikdə isə müəllimim onu köməkçisi kimi işə götürmək istədi."

Hazırda Antalyada yaşayan və əslən Qars şəhərindən olan medium Ayvazın xüsusi istedadlı bir gənc olduğuna inandığını qeyd edən Məltəm xanım, hekayəsini pozitiv sözlərlə bitirdi:

"Tarixdən anlayışı olmayan və sadəcə, orta məktəb təhsili olan bu uşağın, əsaslı iddialarla bizə tarix dərsi keçdiyini deyə bilərik."

Orxan Musa

Bizimyol.info

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »